Rüqəyyə Kəbiri

Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini AzərbaycanFars dillərində yazır.[1]

Rüqiyyə Kəbiri
Doğum tarixi
Doğum yeri Xoy
Vətəndaşlığı İran İran
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Şair, yazıçı
Əsərlərinin dili Azərbaycan dili, Fars dili

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır. Əsərlərini türkcə və farsca yazır.


Əsərləri[redaktə | mənbəni redaktə et]

Təbrizdə çap olunmuş əsərləri[redaktə | mənbəni redaktə et]

  1. “Təbrizim al təbimi” şeirlər toplusu
  2. “Birocaqdaikikültopası”. Kiyan Xiyavla ortaq yazılmış şeirlər toplusu
  3. “Yarı insan, yarı quş”. Kiyan Xiyavla ortaq yazılmış şeirlər toplusu
  4. “Donbal çeşmanətmigərdəm”adlı kitab, Azərbaycan Respublikasının yazıçı və şairi ,Pərviz Cəbrayılın şeirlərindən farscaya çevrilmiş internet kitabi

hekayə və romanları[redaktə | mənbəni redaktə et]

  1. “İçimdəki qız” hekayə toplusu
  2. “Bu qapı heç alınmayacaq” hekayə toplusu
  3. “Onlin Yazilar” hekayə
  4. “Dunya qabar calıb yoldaş” hekaye toplusu
  5. “Yerdən uca torpaq” romanı
  6. “Evim” romanı
  7. "Quşlar daha qorxmurlar" roman
  8. “Saçaqdan asılmış əjdaha”, Xanbalıq səfərnaməsi (Çin səfərindən yazılar)
  9. Özbəkistan səfərnaməsi
  10. Mirra ağacının kəhrəba gözləri

Bakıda nəşr olunmuş əsərləri[redaktə | mənbəni redaktə et]

  1. “Ürəyim ağrıyır”. Bakının Qanun nəşriyyatında çap olunmuş hekayə toplusu
  2. "Evim". Qanun nəşriyyatında çap olunmuş roman
  3. Mirra ağacının kəhrəba gözləri roman
  4. Bakıda 2012 ilində azadlıq radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində “Mavayl” adlı hekayəsi 180 əsərin içindən birinciyerə layiq görülmüşdür
  5. 2016 ilində Varlıq dərgisinin hekayə musabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yerə layıq görünmüşdü
  6. Yazıçının “Qar yağır” hekayəsi əsasında Qadır Fərivəin rejissorluğu ilə çəkilmiş “Qaral” filmi İranın bir neçə kino festivallarında mükafata layiq görülmüşdür. Bu film 2012 ilindəBakının Star kinofestivalınaqatılmışdır [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "http://azfemina.com/fa/". 2018-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  2. "işıq saytı". 2018-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-29.