Rüstəm Əliyev (neftçi alim)

Əliyev Rüstəm Talıb oğlu - texnika elmləri doktoru, professor

Rüstəm Əliyev
Əliyev Rüstəm Talıb oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Rüstəm Talıb oğlu Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Neft hasilatı üzrə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında mühəndis işləyibdir. 1969-cu ildə "Gilli məhsulların qazılan quyularda hərəkəti zamanı hidravlikk müqavimətlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-ci ildən AzNKİ-da "İqtisadiyyat, təşkilat və idarəetmə" kafedrasının dosenti, Qaz-neft-mədən fakültəsinin dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor, "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "Əməyin mühafizəsi" kafedrasının müdiri kimi vəzifələrdə çalışıb. 1991-ci ildə "Qazmada və neft hasilatında texnoloji proseslərin tənzimlənməsinin hidravlik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-2008-ci illərdə ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olub.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əliyev R.T. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: gilli məhlulların qazılan quyularda hərəkəti zamanı hidravlik müqavimətlərin tədqiqi; neftin işlənilməsi, qazılması, nəql edilməsi məsələləri. Əliyev R.T. 100-dən artıq elmi məqalənin, metodik rəhbərliyin müəllifidir. İxtiralara görə 2 müəlliflik şəhadətnaməsi və 6 patent alıb. Kadr hazırlığı ilə məşğul olub.