Rüstəm Rüstəmov (alim)

Rüstəm Şamil oğlu Rüstəmov – tibb elmləri doktoru, professor.

Rüstəm Rüstəmov
Doğum tarixi
Doğum yeri Sarıcalı, Ağcabədi, Azərbaycan SSR
Vəfat tarixi (68 yaşında)
Elmi dərəcəsi
Təhsili
rustemrustemov.az

5 aprel 1947-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Respublika Klinik Xəstəxanasında həkim-Hematoloq kimi əmək fəaliyyətinə başlamışdır. 1975–1977-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hematologiya kafedrasında çalışmışdır.

1979-cu ildən Azərbaycan ET Hematologiya və Transfuziologiya İnstitutunda laboratoriya müdiri, hematoloji klinikanın rəhbəri və 1994-cü ildən bu günə kimi həmin İnstitutda elmi işlər üzrə direktor müavinidir.

1974-cü ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları (Moskva) müdafiə etmişdir. Yaxın və uzaq xaricdə 130 elmi əsəri, 4 monoqrafiyası çap olunmuş, o cümlədən rəhbərliyi altında 10-a yaxın namizədlik və doktorluq dissertasiyaları hazırlanıb müdafiə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK expert şurasının üzvüdür.

  • "İnsan qəlbinin anatomiyası". "Aypara", 2009.
  • "Məhəbbətin sirri" "Bakı", 2014
  • "İnsanın həyatı tək bir hüceyrədən başlayır"
  • "Tibbi Genetika " "Bakı", 2013
  • "Genetika terminləri lüğəti"
  • " Talasemiyalı xəstələrdə posttransfuzion B və C virusu hepatiti"
  • "Din və globallaşma proseslərinin qarşılıqlı əlaqəsi"
  • " Возможные патологические механизмы возникновения,развития и сохранения пресловутого "армянского вопроса""
  • "İrsiyyətin sitoloji və molekulyar əsasları"
  • "İndex(predmet göstəricisi)"