Rütubət

Rütubətatmosfer havasında olan su buxarının miqdarı ilə əlaqədar fiziki anlayış. Havada su buxarının miqdarı çox olduqca onun rütubəti də artır. Rütubət anlayışı iki mənada istifadə olunur :

  1. mütləq rütubət
  2. nisbi rütubət

Mütləq rütubət verilmiş temperaturda havanın həcm vahidinə olan su buxarının kütləsi ilə təyin olunur. Mütləq rütubət RM ilə işarə olunur. Düsturla mütləq rütubəti bu cür ifadə etmək olar:

Düsturdan göründüyü kimi mütləq rütubətin riyazi ifadəsi sıxlığın riyazi ifadəsinə () çox oxşayır. Fərq yalnız vahidlərdədir : sıxlığın vahidi -dirsə rütubətin vahidi -dir.

Nisbi rütubət adi havada olan su buxarının kütləsinin həmin şəraitdə doyma halındakı su buxarının kütləsinə olan nisbətini göstərir. Nisbi rütubəti RN (Fİ) kimi işarə edirlər. Nisbi rütubəti düsturla bu cür ifadə olunur:
Nisbi rütubət həmişə vahiddən kiçik olur. Buna görədə onu tez-tez faizlə ifadə edirlər. Vahidə bərabər olması buxarın suya çevrilməsindən xəbər verir.