Rəşad Əmiralı oğlu Əliyev (17 aprel 1991, Salyan rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rəşad Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbqardaşbəyli, Salyan rayonu, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Ərəbqardaşbəyli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2010—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Orta təhsilini Ərəbqardaşbəyli kənd məktəbində almışdır. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi bitirdikdən sonra 1 il təlim keçmişdir. Ailəli idi. Zəhra adında bir qızı və Tunar adında bir oğlu yadigar qaldı.
Naxçıvan MR-nın Culfa rayonunda N saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Əliyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunun Ərəbqardaşbəyli kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]