Rəşad Dağlı

Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı.

Rəşad Dağlı
Rəşad Vaqif oğlu Əmirov
Ümumi məlumatlar
Doğum adı Rəşad Əmirov
Ləqəbi Rəşad Dağlı
Doğum tarixi 21 aprel 1984(1984-04-21) (40 yaş)
Doğum yeri Bakı şəhəri, Yasamal
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Nailə Süleymanzadə
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 2001–2022?
Janr Meyxana

Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub.

Populyarlıq qazanması

[redaktə | mənbəni redaktə et]

Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub.[2] Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var.[2] 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.[2]

2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.[3]

2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb.[4] Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan[5]"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.[4] Qəzada Rəşad Dağlının qolu sınıb, Pərviz Bülbülə isə ayaq nahiyəsindən zədələnib.[4]

9 noyabr 2022-ci il tarixində Bakının Qaradağ rayonunda İskəndər adlı şəxslə mübahisə nəticəsində həmən şəxsi biri ürək nahiyəsindən olmaqla 14 dəfə bıçaq zərbəsi ilə qətlə yetirmişdir. İskəndərin öldüyünü gördükdən sonra meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. Rəşad Dağlı hadisədən dərhal sonra polis bölməsinə özü gələrək təslim olmuş, hadisəni etiraf etmişdir.[6] Rəşad Dağlı hadisəni özünümüdafiə zəminində yerinə yerinə yetirdiyini, hadisənin səbəbi kimi İ. Mehtiyevin onu şantaj etdiyini göstərib. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.[7]

  1. "Meyxana kralını hönkür-hönkür ağladan nə idi?". 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
  2. 1 2 3 "Rəşad Dağlı boşanır - Yenilənib". qafqazinfo.az. qafqazinfo.az. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  3. "Рашад Даглы исключил Малика из «Машын» шоу - ВИДЕО". oxu.az. oxu.az. 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  4. 1 2 3 "Rəşad Dağlı ağır qəzaya düşdü – Yaralıdır". www.azerbaycan24.com. www.azerbaycan24.com. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  5. ""Rəşadın qəzaya düşdüyü avtomobil mənimdir" - Pərviz Bülbülə". 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
  6. "- Rəşad Dağlı qətl törədib". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-09.
  7. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]