Rəşad Məcnun oğlu Mafusov (24 avqust, 1977; Bakı, Azərbaycan SSR) – Azərbaycan dövlət xadimi. O, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini (2018–2022) olmuşdur.[1]
Rəşad Mafusov | |
---|---|
Rəşad Məcnun oğlu Mafusov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Məcnun Mafusov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Rəşad Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi — Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə "Azəriqaz" QSC-də başlayıb. 2004–2006-cı illərdə "Azərnəqliyyatbank" ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2006–2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi"nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013–2015-ci illərdə Nazirliyin "Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması" komissiyasına rəhbərlik edib.
2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.[2]
9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. 2022-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vəzifəsindən azad olunub.