Rəşad Mahmudov (baş leytenant)

Rəşad Rəşid oğlu Mahmudov (2 iyul 1992, Aşağı Cürəli, Biləsuvar rayonu13 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun baş leytenantı, Tovuz döyüşləri şəhidi.[1]

Rəşad Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Ağdam, Tovuz rayonu, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014—2020
Rütbəsi Baş leytenant
Döyüşlər Tovuz döyüşləri
Təltifləri "İgidliyə görə" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur.[1] Orta təhsilini aldıqdan sonra 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Rəşad Mahmudov 2014-cü ildə ali hərbi məktəbi bitirmiş və leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Xidmətinin ilk illərində Ağstafada, son illərində isə Tovuzda, təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.[2]

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rəşad Mahmudov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.

2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Rəşad Mahmudov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. Rəşad Mahmudov 13 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.[3]

İyulun 13-də Rəşad Mahmudov, doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, icra hakimiyyətinin rəsmiləri, yerli sakinlər də qatıldı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mahmudov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]

  1. 1 2 3 "Şəhid baş leytenant Biləsuvarda dəfn edildi". www.yeniavaz.com (az.)). 13.07.2020. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.07.2020.
  2. "Şəhid Rəşad Mahmudov". Hərbi Vətənpərvərlik Portalı (veten-ugrunda.az) (az.). 22.08.2020. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.03.2021.
  3. Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" (az.). 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]