Rəşid Cavanşir

Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001),[1] geologiya-minerologiya elmləri doktoru, professor.

Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir
Doğum tarixi
Doğum yeri Azərbaycan, Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi adı Professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib.

Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib.

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.

Professor Rəşid Cavanşirin elmi axtarışları ilə elektron mikroskopiya əsasında tam sıxılmaya uğramamış gillərin məsamə fəzası strukturu və mineroloji xüsusiyyətləri öyrənilib, ilk dəfə allotigen mineral yaranmaların geokimyəvi və termodinamik şəraitli kompüter modelləşdirilməsi həyata keçirilib.

Professor Rəşid Cavanşir beynəlxalq səviyyədə biznes rəhbərliyi və idarəçiliyi üzrə də ixtisaslaşıb - ABŞ-nin tanınmış Dyuk və Rays Universitetlərinin və Harvard Biznes Məktəbinin biznesə icraçı rəhbərlik üçün nəzərdə tutulmuş proqramlarını bitirib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəşid Cavanşir 1995-ci ildə “Amoko” şirkətindən iş təklifi alıb. O, şirkətin Xəzər üzrə geoloji kəşfiyyat koordinatoru vəzifəsinə təyin olunub və bu vəzifəni Bakıda icra edib.

1997-ci ildə “Amoko” şirkəti Rəşid Cavanşiri yüksək iş məhsuldarlığı və dərin bilgilərə malik olan azərbaycanlı alimin təcrübəsini artırmaq məqsəd ilə Amerika Birləşmiş Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və planlaşdırma şöbəsinə göndərib.

1998-ci ildə şirkət Rəşid Cavanşiri yenidən Bakıya qaytarıb, o, Xəzər üzrə kəşfiyyat sahəsinə direktor vəzifəsinə təyin olunub. Həmin ərəfədə pay bölgüsü kontraktları zamanı “Amoko”nun operatoru olduğu “İnam” Əməliyyat Şirkəti yaradılanda şirkətə prezident seçkiləri zamanı “Amoko” rəhbərliyi Rəşid Cavanşirə də namizədliyini irəli sürməyi təklif edib. Bir həftədən sonra namizədlərin müzakirəsi başa çatdıqda Rəşid Cavanşirə yüksək etimad göstərilərək “İnam” Əməliyyat Şirkətinə prezident təyin olunduğu bildirilib. Professor Rəşid Cavanşir ilk azərbaycanlı alim və mütəxəssis olaraq belə bir şirkətin prezidenti vəzifəsinə təyinat alıb.

Bu təyinatdan bir ay sonra “BP” və “Amoko” şirkətlərinin birləşməsi nəticəsində kadr dəyişiklikləri başlananda bir sıra xarici neft şirkətlərinin, o cümlədən “BP”-nin və “Amoko”nun Azərbaycandakı rəhbərləri də dəyişdirilib. Azərbaycanda yeni yaradılmış “BP-Amoko” şirkətinə isə Londondan yeni prezident təyin olunub. 1999-ci ilin yanvarında vəzifəsinin icrasına başlayan yeni prezident Rəşid Cavanşirlə görüşəndə ona “Amoko-İnam”, “BP-Şahdəniz, “BP-Araz-Alov-Şərq” Əməliyyat şirkətlərinə rəhbərlik etmək təklifini verib. Belə bir təyinat xarici mütəxəssisləri də təəccübləndirib. Məhz bu təyinatla Rəşid Cavanşir hansı gücə, elmi potensiala malik olduğunu növbəti dəfə sübut edib.

1999-cu ildə Rəsid Cavansirin rəhbərliyi altinda nəhəng Sahdəniz qaz yatagi askar olunub.

2002-ci ildə Rəşid Cavanşir Londonda “BP” şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə menecer vəzifəsinə göndərilib. Fəaliyyət coğrafiyası daha geniş olan bu şöbədə işləməklə və işgüzarlıq nümayiş etdirməklə azərbaycanlı alimin “BP” ailəsində nüfuzu daha da artıb. 2003-cü ildə şirkət rəhbərliyi Rəşid Cavanşiri ən ağır sahəyə - Şotlandiyaya ezam edib. O, “BP”-nin Şimal dənizinin cənub hissəsinə rəhbərlik edib. Rəşid Cavanşir üçün bu dövr sınaq dövrü sayılıb. Şotlandiyadakı üç illik fəaliyyətindən sonra “BP” rəhbərliyi Rəşid Cavanşiri “hər yerdə işləməyi bacaran mütəxəssis” kimi xarakterizə edib.

Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa çatdıqdan sonra Rəşid Cavanşir “BP” rəhbərliyi tərəfindən bu şirkətin ilk baş icraçı direktoru təyin edilib. Eyni zamanda o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin baş meneceri olub.

2009-cu ildə Rəşid Cavanşir ilk azərbaycanlı olaraq “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezident təyin olunub. Professor Rəşid Cavanşir 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə birgə Ankarada imzalanmış Anlaşma Memarandumunun danışıqlarında iştirak edib. 2011-ci ildə İzmir anlaşmalarında Rəşid Cavanşir tranzit muqaviləsinə imza atıb. 2010-cu ildə BP ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü ilə bağlı saziş imzalanıb. Sazişi “BP” sirkəti tərəfindən Rəsid Cavansir imzalayıb.

Rəşid Cavanşir 2012-ci ilə qədər BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti vəzifəsini daşıyıb. O, 2012-ci ildə “BP”-də daha yüksək vəzifəyə irəli çəkilərək Böyük Britaniyanın “BP” neft şirkətinin Strategiya və inteqrasiya üzrə baş vitse-prezidenti təyin edilib.

Bu gün Rəşid Cavanşir bir çox elmi şuraların, cəmiyyətlərin, dünyada tanınımış elmi redaksiyaların üzvüdür. Rəşid Cavanşir 1989-cu ildə ABS-da, Hollandiyada nəşr olunan iki beynalxalq jurnalin redaksiya heyətinə dəvət olunub və tarixdə ilk dəfə Azarbaycan elmini orada təmsil edib. 230 elmi əsərin, 8 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsi və patentin müəllifi, AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm də 1993-cü ildən başlayaraq bir müddət Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ilk ekspert Şurasında təmsil olunub.

Elmi yaradıcılığı, xidməti vəzifəsi ilə yanaşı Rəşid Cavanşir dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında mühazirələr söyləyib, neft hasilatı sahəsindəki təcrübəsini gənc mütəxəssislərlə bölüşüb.

hazırda AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Böyük Britaniyanın Oksford Universiteti ilə mərkəz əməkdaşlarının Azərbaycan ərazisində apardıqları birgə tədqiqatlarda yaxından iştirak edir. O, bu sahədə yeni elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi və Azərbaycanın gənc alim və mütəxəssislərinin Oksford Universitetində elmi tədqiqatlara cəlb olunması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün məqsədyönlü işlər görür.

Rəşid Cavanşirin xidmətləri zaman-zaman yüksək mükafatlara layiq görülüb. Bu mükafatların arasında isə 14 iyul 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən ona təqdim etdiyi “Şöhrət” ordeninin xüsusi yeri var.

  1. "Cavanşir Rəşid Cəmil oğlu". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-05.
  2. Böyük ziyalı, dəyərli azərbaycanlı – Rəşid Cavanşirin arxada qoyduğu 70 ilin işığı[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]