Rəfah fəlakəti - Böyük Britaniyadan sifariş edilmiş olan sualtı qayıqları və təyyarə donanmasını qəbul etmək üçün ayrılmış olan personalı daşıyan "Rəfah" yük gəmisinin 23 iyun 1941-ci ildə batması hadisəsidir.
Türkiyə, Iİkinci Dünya müharibəsindən əvvəl Böyük Britaniyaya hərbi gəmi sifarişi etmiş, lakin müharibənin başlanması ilə çatdırılma prosesi gecikmişdir. Türk-Alman dostluq paktının gündəmə gəlməsi ilə İngiltərənin gəmiləri çatdırması prosesi sürətlənmişdir.
Bundan sonra Türkiyə gəmiləri qəbul edəcək üçün heyəti Böyük Britaniyaya göndərməyə qərar verir. Heyətin əvvəlcə dəniz yolu ilə Misirə, daha sonra isə hava yolu ilə Böyük Britaniyaya getməsi nəzərdə tutulmuşdu. Misirə gedən hərbçilərin və mülki şəxslərin içərisində olduğu "Rəfah" gəmisi Kipr ətrafındakı Mersin limanından İsgəndəriyyə limanına hərəkət edərkən Aralıq dənizi sahillərində naməlum sualtı qayıq tərəfindən batırılmış və hadisə nəticəsində 168 nəfər ölmüş, 32 nəfər isə sağ qalmışdır.
Hadisədən sonra Türkiyə Böyük Millət Məclisi təhqiqata başlamış və bu təhqiqat nəticəsində məlum olmuşdur ki, Rəfah gəmisi Vişi Fransasına məxsus olan sualtı qayıq tərəfindən təsadüfən torpeda ilə batırılmışdır. Daha sonra aparılmış olan məxfi danışıqlar nəticəsində Fransadan iki ədəd döyüş gəmisi alınmışdır.[1] Lakin sonradan italyan dəniz zabiti gəminin İtaliya donanmasına məxsus hərbi gəmi tərəfindən batırıldığını iddia etmişdir.