Rəfail Həsənov

Rəfail Həsənov (12 noyabr 1962) — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor.[1]

Rəfail Musa oğlu Həsənov
Doğum tarixi (62 yaş)
Elmi adı Professor
İş yeri Bakı Dövlət Universiteti
Alma-mater Kazan Dövlət Pedaqoji İnstitutu
Təhsili Bakı şəhəri 190 nömrəli tam orta məktəb

R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur.

O, 2002-ci ilin avgustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür.

100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.

Ailələdir, 3 övladı var.

Təhsili və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1985-ci ildə Kazan Dövlət Pedagoji İnstitutunun tarix-filologiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsini bitirib.
  • 1994-cü ilin yanvar-iyul aylarında Bakıda Britaniya Şurasının sponsorluğu ilə Nottingem Trent Universitetinin Biznes Fakültəsinin hazırlıq kursunu bitirib.
  • 1994-cü ildə Fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır.
  • 2006-cı ildə Sosiologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
  • 2011-ci ildə professor elmi adını almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1980-1985 - KDPİ-nin tələbəsi
  • 1986-1988 - Kazan şəhərində gənclər təşkilatında çalışmışdır.
  • 1989-1997 - Azərbaycan Dövlət Neft Akadem-nın “Politologiya” kaf-nın baş laborantı;
  • Azərb. Respub. Sosioloji Tədqiqatlar Mərkəzində mühəndis-sosioloq; Xəzər universitetində “Fəlsəfə və sosial elmlər” kafedrasının müdiri və “Sosial elmlər və hüquq” fakültəsinin dekanı vəzifələrində çalışmışdır.
  • 1998 - Bakı Dövlət Universitetində Sosiologiya kafedrasının dosenti.
  • 2011 - Bakı Dövlət Universitetində Sosiologiya kafedrasının professoru.
  • 2006-2008 - Azərbaycan Dillər Universitetində Təhsilin Qiymətləndirilməsi və
  • Sosial Tədqiqatlar Mərkəzinin direktoru (yarım ştat).
  • 2009-2012- Bakı Dövlət Universitetinin Beynəlxalq elm və təhsilə inteqrasiya
  • departamentinin üzvü (tam ştatda)
  • 2014-2015 - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
  • aparat rəhbəri (müşavir).
  • 2017 – bu günədək "Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının ilk sayından jurnalın redaksiya heyətinin üzvüdür.[2]
  • 2019 – bu günədək - Bakı Dövlət Universitetində “Sosiologiya” kafedrasının müdiri, professor

Tədqiqat sahəsi və tədris etdiyi fənlər

[redaktə | mənbəni redaktə et]

Keçid dövründə vətəndaş cəmiyyəti quruculuğu, tranzitologiya və Azərbaycanda demokratikləşmə problemləri.

  • Sosiologiya tarixi
  • Sosioloji tədqiqatların metodologiyası və metodları

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Трансформационные процессы и проблема национальной безопасности в Азербайджане. Баку, «Инфо», 2003 (совместно);
  • Формирование гражданского общества в условиях трансформации. Баку,«Kitab aləmi», 2003;
  • Sosiologiya. Dərs vəsaiti. Bakı, 2003 (həmmüəllif);
  • Ислам в общественно-политической жизни современного Азербайджана. «Социологические исследования». №3, 2003 (Москва), s.96-101;
  • Проблемы демократизации: формирование гражданского общества в Азербайджане. «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Tarix, Fəlsəfə, Hüquq Seriyası». №5-6, 2005, s.54-66;
  • Social Capital, Civic Engagement and the Performance of Local Self-Government in Azerbaijan. ‘Nationalities Papers’, UK, Volume 37 Issue 1 January 2009, pp. 89–114.
  • Siyasi soisologiya. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı, 2010.
  • Mediation as an important factor in the formation of civil society institutions. European science review. № 11-12 2014, Vienna, November-December, pp. 53–55
  • Sosial siyasət. Ali məktəblərin bakalavr pilləsi üçün dərslik. Bakı, 2016.

Beynəlxalq proqram və qrantlar

[redaktə | mənbəni redaktə et]
  • USİA və ACTR/ACCELS tərəfindən təşkil edilmiş RSEPF proqramı çərçivəsində post-doktor elmi tədqiqat layihəsi. ABŞ, İndiana Universiteti (Sentyabr 1994 – mart 1995).
  • Vətəndaş Təhsili Proqramı Tərtibi üzrə qrant. ABŞ, Montana Dövlət Universiteti (Sentyabr – noyabr 2000).
  • Açıq Cəmiyyət İnstitutunun Dəstək Fondu tərəfindən elan edilmiş elmi tədqiqat layihəsi (Group RSS program of the Open Society Support Foundation) Qrant (# 2086/863/2000) (2000 – 2002)
  • Açıq Cəmiyyət İnstitutu və Təhsil Nazirliyinin ali məktəblər üçün “Sosiologiya” dərsliyinin hazırlanması üzrə elan etdiyi müsabiqənin qalibi (2001-2002)
  • Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən elan edilmiş müsabiqənin qalibi. İ. V. Göte adına Frankfurt-Mayn universitetində elmi tədqiqat işi (İyul- Sentyabr 2002).
  • Açıq Cəmiyyət İnstitutu FDFP Proqramının qalibi. ABŞ, Braun universiteti. (2003).
  • Açıq Cəmiyyət İnstitutu FDFP Proqramının davamı. ABŞ, Braun universiteti. (2005)
  • Açıq Cəmiyyət İnstitutu FDFP Proqramının davamı. ABŞ, Braun universiteti. (2007)
  • Avrasiya Fondu - Qafqaz Resurs və Tədqiqat Mərkəzinin Tədqiqat Layihəsi (07/2007 - 04/2008).
  • BDU-nun “Universitetdaxili 50+50” qrantının qalibi (12/2010 - 08/2011).
  • Ural Federal Universitetinin (Rusiya Federasiyasının) II kurs magistrləri üçün “Layihələrin idarə edilməsində keyfiyyət metodları” mövzusunda 12 saatlıq on-line rejimində (skaypla) mühazirə (Müqavilə №3.1.1.4; 2 dekabr, 2013).
  • Litva Respublikasının Vilnyus şəhərində yerləşən Litva Pedaqoji Universitetində II-V/2015-ci il, Yaz semestrində "Azərbaycan multikulturalizmi" fənnini ingilis dilində tədrisi (Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xəttilə).
  • Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən elan edilmiş müsabiqənin qalibi. İ.V.Göte adına Frankfurt-Mayn universitetində elmi tədqiqat işi (İyun - Avqust 2017).
  • Harvard Universitetində 2003-cü ildə keçirilən konfrans.
  • "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı təsiri" mövzusunda beynəlxalq konfrans. 15-16 iyun, 2009. Moskva.
  • "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı təsiri" mövzusunda beynəlxalq konfrans. 29-30 iyun, 2010. Bakı.
  • Balkan ölkələrinin III Təhsil konfransı. 5-7 may, 2010. Ədirnə, Türkiyə.
  • Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı təsiri. Beynəlxalq konfransın materialları. Moskva, 15-16 iyun, 2009// “Azərbaycanda ali təhsil sahəsində islahatlar: problemlər və perspektivlər.” Moskva, 2010. Səh. 489-494.
  • Beynəlxalq elmi-praktiki konfrans (Bakı, 3 iyul, 2010). Kultroloqların II forumu: “Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi” // “Azərbaycan Respublikasının xarici siyasətinin humanitar aspektləri.” Moskva, 2011. Səh. 29-35.
  • "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı dialoqu". Bakı Forumunun Materialları. // “Qloballaşma və Azərbaycanın milli-mədəni inkişaf problemləri” Moskva. “Kanon” nəşriyyat evi, 2012. Səh. 444-447.
  • İnstitutlar və sahibkar davranışı”. Beynəlxalq elmi-praktiki konfransın materialları. // “Davamlı inkişaf: problemlər və perspektivlər”. Bakı, 2019. Səh. 127-130.
  • "Orta sinif və onun Azərbaycanda formalaşması xüsusiyyətləri”. Sosial Elmlər üzrə Birinci Beynəlxalq Konqres. Üfüq Universiteti. Ankara, Türkiyə. 8-14 Fevral 2021.

Digər fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi Avropa Universitetində (Macarıstan, Budapeşt) Sosiologiya üzrə keçirilən sessiyanın iştirakçısı (29/11 - 04/12 2004);
  • Dünya Bankının "İrriqasiya paylanma sistemi və layihənin idarə olunmasının yaxşılaşdırılması" mövzusunda keçirdiyi treninqdə qısa müddətli konsultant (30/09- 2010);
  • 2008-ci ilin iyun ayında Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində Polşanın Varşava Universitetində Təhsildə Keyfiyyətin Təminatı seminarında iştirak;
  • DAAD tərəfindən müliyyələşdirilən "Euro Caucasus" layihəsinin II fazasının iştirakçısı. Saarland Universiteti, Saarbrükken, Almaniya. (1/IV - 31/V - 2011). "Beynəlxalq münaqişələrin həlli yolları" adlı tədris proqramının (kurrikulumun) hazırlanması.
  • TEMPUS layihəsinin nümayəndələrinin görüşü. Brüssel, Belçika (12-13/XII - 2011).
  • 2012-ci ildən bu günədək AR Prezidenti yanında AAK-ın Fəlsəfə, Psixologiya, Siyasi elmlər və Sosiologiya üzrə Ekspert Şurasının üzvü, 2019-cu ildən isə həmin Şuranın sədr müavini.
  • 2019-cu ildən bu günədək Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Psixologiya və sosiologiya üzrə elmi şurasının üzvü.
  • BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin Ən yaxşı müəllimi Fəxri Fərmanı ilə təltif. 2009-cu il.
  • Azərbaycan Respublikasi Təhsil Nazirinin 25 Noyabr 2019-cu il K-1768 nömrəli Əmri Ilə Azərbaycan Respublikasının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif.

Elmi kadrlarin yetişdirilməsi

[redaktə | mənbəni redaktə et]
  • Fəlsəfə üzrə altı fəlsəfə doktoru yetişdirmiş, 4 elmlər doktorunun elmi məsləhətçisidir.
  1. "Rəfail Həsənov". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  2. "Metafizika jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.