Rəfil Əhmədov

Rəfil Nayıb oğlu Əhmədov (14 oktyabr 1948, Xocalı26 fevral 1992, Xocalı) — Xocalı soyqırımı şəhidi.

Rəfil Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xocalı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (43 yaşında)
Vəfat yeri Xocalı, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Mükafat Əhmədova
Uşaqları Səidə Əhmədova, Sevil Əhmədova, Qabil Əhmədov
Atası Nayıb Əhmədov
Anası Durna Əhmədova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə atıcı
Döyüşlər Xocalı soyqırımı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəfil Əhmədov 1948-ci il oktyabrın 14 də Xocalı şəhərində doğulmuşdur. O,ailənin dördüncü övladı idi. Uşaqlıqdan ailəsi üçün çalışıb çörək qazanardı.

1965-ci ildə məktəbi bitirərək, Əsgəran rayonunda bir müddət çalışmışdır.

1966-ci ildə ordu sıralarına çağrılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1967-ci ildə ordudan tərxis olunaraqa beton zavodunda çalışmağa başladı. 1969-1972-ci illərdə Əsgəran rayonunda bufet də çalışmışdır. Daha sonra 1972-ci ildə kombinat zavodunda fəhlə kimi işləmişdir. 1988-1991ci illərdə Xocalı şəhərində yerləşən tikiş fabrikində master işləmişdir.

1973-cü ildə Rəfil Əhmədov Mükafat adlı xanımla ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Səidə, Sevil və Qabil adlı övladları yadigar qalıb.

Rəfil Əhmədov Dağlıq Qarabağ münaqişəsi başlayana qədər müxtəlif işlərdə çalışmışdır.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Rəfil Əhmədov qarabağ münaqişəsi başlayan zaman 1992-ci ilin yanvar ayında erməni milətçilərinə qarşı mübarizədə vətəninə xidmət üçün könüllü döyüşçü kimi ordu sıralarına yazılır.

O, 817 saylı hərbi hissədə atıcı vəzifəsində çalışır. 1992-ci ildə fevralın 25-də gecə saatlarında Xocalı şəhəri mühasirəyə alınır. Rəfil Əhmədov və onun döyüş yoldaşları ön cəbhədə düşmənə ciddi müqavimət göstərirlər. Son nəfəsinə qədər vətəni üçün döyüşür.

Rəfil faciə zamanı anasının şəhərdən çıxarmaq istəyirdi lakin onun anası, Əhmədova Durna Salman qızı erməni daşnakları tərəfindən Şəhid olur.

Bu faciədə Rəfilin qardaşları: Əliyev Əli Nayıb oğlu, Əliyev Ağəli Nayıb oğlu, Əhmədov Eldar Nayıb oğlu, Əhmədov Yelmar Nayıb oğlu və qardaşı oğlu Əliyev Əbülfət Əli oğlu Şəhid olur.

1992-ci il 26 fevral şəhər qan gölünə çevrilmişdir. Rəfil bu tarixdən itkin düşmüşdür. Onun nə əsir düşdüyünü nədə cəsədini heç kəs görməmişdir. O artıq bir itkin idi.[1]

Daha sonra 1993-cü ildən etibarən məhkəmənin verdiyi qərara əsasən Rəfil Əhmədova Şəhid adı verilmişdir. Hal-hazırda heç bir yerdə bir məzarlığı, dəfn yeri belə yoxdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://anl.az/el/emb/D.QARABAQ/kitablar/222875.pdf Arxivləşdirilib 2020-06-05 at the Wayback Machine VƏTƏN AĞRISI, TORPAQ YANĞISI. Allahyar XOCALI. BAKI - 1993