Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq.
Rəfiqə Əzimova | |
---|---|
Doğum tarixi | 17 iyul 1938 (85 yaş) |
Doğum yeri | |
Elm sahələri | Fəlsəfə, sosiologiya |
Elmi dərəcəsi | Fəlsəfə üzrə elmlər doktoru |
İş yerləri | AMEA Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri |
Təhsili | Ali |
Tanınır | Əməkdar Elm Xadimi |
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir.
1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.
1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir.
2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir.
Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir".
Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir.
1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir.
Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir. Əsərləri Azərbaycanda, ABD-də, Almaniyada, Rusiyada, İranda dərc edilmişdir.
1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üzrə Konstitusiya Komissiyasının üzvü olmuşdur.
1998-ci ildə BMT-nın 42-ci Sessiyasında Nyu-York şəhərində "Qadın və münaqişələr" mövzusunda Ekspert kimi məruzə ilə çıxış etmişdir.
BMT-nın Təhlükəsizlik Şurasının 1325 Sənədinin təbliği ilə bağlı UNİFEM səyi ilə yaranmış regional "1325 koalisiyasının" üzvüdür.
2003-cü il 2 iyul tarixli № 18/7–205 nömrəli Sərəncam ilə Gənc kadrların hazırlanmasında şəxsi səylərinə görə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 dekabr tarixli 1157 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.