Rəhim Məmmədhüseyn oğlu Rəhimov (d.24 may 1979) - Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti.
Rəhim Rəhimov | |
---|---|
Rəhim Məmmədhüseyn oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili |
Rəhim Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib.
1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hazırda yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Rəhman Əlizadənin "Eramızdan milyon il əvvəl" tamaşasında – Şair, "Ələkbər əmi gülüş planetində" tamaşasında – Ulaq Qoşaşıllaq və Məstan Pusar, Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar" tamaşasında – Şahbaz bəy, Ələkbər Hüseynovun "Səadət quşu" tamaşasında – Hamamçı, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında – İt, Eyvind Şayyenin "Od oğlan" tamaşasında – Div, Mirmehdi Seyidzadənin "Cırtdan" tamaşasında – Dəmirbaş, İfrit və Div, Əli Səmədlinin "Cik-cik xanım" tamaşasında – Çoban, Aşıq, İlxıçı və Şah, Nicat Kazımovun "Ələddin" tamaşasında – Məğrib, Özel Arabulun "Dəniz dibində zəng səsi" tamaşasında – Kral və Dənizatı, Aygün Bunyatzadənin "Kral" mono tamaşasında, rus bölməsi üçün Tofiq Ağayevin "Qoçaq Əhməd" – Əhməd, Ələkbər Hüseynovun "Səadət quşu" tamaşasında – Şah və Dərviş, Vilhelm Qaufun "Yalançı Şahzadə" tamaşasında – Labakan, Cani Rodarinin "Çipollino" tamaşasında – Badımcan, Kök, Həkim, Qoca soğan, Kamran Şahmərdanın "Ağ və Qara" tamaşasında – Oğlan, Karlo Qotsinin "Şahzadə Turandot" tamaşasında – Barak, şah Altoum rollarını ifa edib.