Rəhim Seyfullayev — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000)[1], SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999)
Rəhim Seyfullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər |
Norilsk Bakı |
Əsas tikililəri | Fəvvarələr meydanı |
Mükafatları |
Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir[2].
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür[1].