Rəhim bəy Cahangirbəyov

Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov - Azərbaycan milli burjuaziyasının ilk nümayəndələrindən biridir, əməkdar mühəndis

Rəhim bəy Cahangirbəyov
Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat yeri Bakı

Həyat[redaktə | mənbəni redaktə et]

Rəhim bəy xeyriyyəçi olmuşdur. O, Bakıda çıxan bir sıra maarifpərvər, tərəqqipərvər qəzetlərin təsisçisi olmuş, fəhlə kurslarının, tibb məntəqələrinin, mədəni-maarif ocaqlarının açılmasına xeyli vəsait sərf etmişdir.

Rəhim bəy Sovet hakimiyyəti illərində də işləmiş, bilik və təcrübəsini artıq yenidən formalaşmış neft sənayesinin inkişafına yönəltmişdir. 20-30-cu illərdə Leninneft Neft Mədənlər idarəsində, sonralar uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakov Rəhim bəyin tabeliyində işləmiş və o, neft sənayesinin iqtisadiyyatı, texnologiyasının məhz Rəhim bəy-dən öyrənmişdir. N.P.Baybakov yüksək dövlət vəzifəsində işləyərkən onun təkidi ilə Rəhim bəyə əməkdar mühəndis adı verilmiş, onu 37-ci il repressiyasından qorumuşdur. Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov ömrünün axırına kimi istehsalatdan ayrılmamış, 1950 -ci ildə iş başında vəfat etmişdir.

mənbə[redaktə | mənbəni redaktə et]

Qəhrəman Qəhrəmanov "Biz qayıdacağıq" Bakı 2010