Rəhman Əşrəfov (tam adı: Əşrəfov Rəhman İsmixan oğlu; 22 may 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Rəhman Əşrəfov | |
---|---|
Əşrəfov Rəhman İsmixan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Binə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Rəhman Əşrəfov 1955-ci ilin 22 may tarixində Bakının Binə qəsəbəsində anadan olub. Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. 6 ay əvvəl Gülsümxanım adlı bir qızla ailə həyatı qurmuşdu. İşlətdiyi Moskviç maşınında təxminən saat 23.00 radələrində yaralı apararkən özü də yaralanmışdır.
Xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş, maşın sıradan çıxdığından yaralılar xeyli yerdə qalmalı olmuşdur. Sonra xəstələr Mərdəkan xəstəxanasına gətirilmişlər. Rəhmanın vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına dəyişdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir. Nardaran qəbiristanlığında dəfn edilib.
Bu ünvanda yaşamışdır: Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 3, ev 10.