Rəhman Əzizzadə

Rəhman Əzizzadə (Rəhman Həsən oğlu Əzizzadə; 24 iyul 1993, Mamusta, Lənkəran rayonu) Qarabağ Qazisi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan Gizir, Prezident təqaüdçüsü.

Rəhman Əzizzadə
Rəhman Həsən oğlu Əzizzadə
Doğum tarixi (31 yaş)
Doğum yeri Lənkəran şəhəri, Mamusta kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Dini İslam
Təhsili Silahlı Qüvvələr / Təlim-Tədris Mərkəzi
Mükafatları

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
3 -cü dərəcə

“Vətən naminə” medalı

Əzizzadə Rəhman 24 iyul 1993-cü ildə Lənkəran şəhəri Mamusta kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmmədov adına 110 saylı tam orta məktəbə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi xüsusi fərqlənmə ilə bitirmişdir.

2011-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılmışdır. N saylı hərbi-hissədə xidmətə başlamışdır. 1 il 6 aylıq hərbi xidmətini xüsusi fərqlənmələr ilə başa vurmuşdur.

Vətənə olan sevgisi onu həqiqi hərbi xidmətini başa vuran kimi yenidən ordu sıralarına aparmışdır. O, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində fəaliyyət göstərən Gizirlər kursuna qatılmışdır. Kursu bitirdikdən sonra Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Füzuli rayonu N saylı hərbi-hissəsində xidmətinə "Gizir" rütbəsində davam etdirmişdir.

Rəhman, düşmən təxribatının qarşısını alarkən ağır yaralanmışdır. Nəticədə sağ gözünü tam, sol gözünün görməsini qismən itirmişdir, başında, gözündə və çiynində xeyli sayda qəlpələr gəzdirir. 25 may 2015 -ci il tarixindən ordu sıralarından ehtiyata buraxılmışdır.

Həqiqi hərbi xidmət dövründə hərbi-hissə komandanlığı tərəfindən 2 dəfə ailəsinə "təşəkkür"namə məktubu göndərilib.

Gizir olarkən snayper kurslarında yüksək nailiyyətlər əldə etdiyi üçün korpus komandanı tərəfindən Fəxri Fərman ilə təltif olunub.

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Ehtiyatda olarkən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Sədri Polkovnik Mehdi Mehdiyev tərəfindən “Vətən naminə” medalı ilə təltif edilib.

25 illik yubileyi münasibətilə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri ictimai birliyinin Qaradağ rayonu şöbəsinin rəhbəri tərəfindən təltif edilmişdir.

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Xanım Mehriban Əliyevanın dəstəyi ilə protezlə təmin olunub.