Rəhman Rasimoğlu

Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu) — azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi.

Rəhman Rasimoğlu
Rəhman Rasim oğlu Ələsgərov
Ümumi məlumatlar
Doğum tarixi (52 yaş)
Doğum yeri Məlhəm, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəhman Rasimoğlu 4 may 1971-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub. Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə - Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003-2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb. Həmin qrupla ilk dəfə Bakı şəhərində keçirilən II Beynəlxalq Aşıq Festivalının açılışında çıxış edib.

Hazırda ailə musiqi ənənələrinin davamçısı, dəfələrlə müsabiqələr laureatı, milli nəfəs alətlərinin ifaçısı oğlu Fəqan Rəhmanoğlu bu xalq sənətinin keşiyində durmaqla yanaşı, xarici ölkələrdə Azərbaycanı təmsil edir.

Ələsgərovlar ailəsinin ifasında Azərbaycan xalq musiqilərindən ibarət 3 CD işıq üzü görüb. Həmin musiqilər radio və televiziyalarda tez-tez tamaşaçılara, dinləyicilərə təqdim edilir.

Rəhman Rasimoğlu 2005-ci ildə qara zurnanın səs oyadıcısını (qamışı plastiklə əvəzləməklə) yenidən ixtira edib. Bu ixtirasına görə 03.12.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ona patent verib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Rasimoğluna "Əməkdar mədəniyyət işcisi" fəxri adı verilib.

Rəsmi saytı[redaktə | mənbəni redaktə et]