Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı.
Tamamilə müflisləşərək, istehsal vasitələri və torpaqdan məhrum olan bu zümrə, varlanmış qonşulara qolçomaqlara öz əməyini satırdılar. Pul və bazar münasibətlərinin inkişafı dövründə rəncbərlərin sayı çoxalmağa başladı. XIX əsrin sonları - XX əsrin əvvəllərində müflisləşməkdə olan rəiyyətin bir hissəsi şəhərlərdə sənaye proletariatına qoşulurdu, bir hissəsi isə kənddə qalaraq rəncbərlik edirdi.