Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəqəmsal video — Məlum olduğu kimi, videogörüntü kadrlar ardıcıllığından başqa bir şey deyil. Filmin hər saniyəsi 24 müxtəlif kadr toplusudur. Beləliklə, bir saniyəlik videonu yada saxlamaq üçün bizə bütün kadrı saxlamaq lazım gəlir. Tutaq ki, kadrın ölçüsü 512 x 384 nöqtədən ibarətdir. İstənilən nöqtə 16 milyon rəngdən birinə boyana bilər, yəni onu əks etdirilməsi üçün 3 bayt yaddaş lazım gələcək:
512 x 384 x 3 = 589824 bayt.
Deməli bir kadrın saxlanılması üçün 600 kbayta yaxın yaddaş lazımdır. Əgər həm də səsi yadda saxlamaq tələb olunarsa, onda kadrın ölçüsü böyüyəcək. Bu zaman, məsələn, çox da böyük olmayan sıxlıq ilə iki saatlıq videoyazınıın saxlanılması üçün 10 Gbaytdan artıq yaddaş lazım gələcək.
Videonu rəqəmsal daşıyıcılarda saxlamaq üçün videogörüntülərin sıxılması texnologiyasından istifdadə edilir. Ən geniş yayılmış sıxma formatı MPEG-dir. Bu format ötən əsrin sonunda Motion Picture Engineering Group-un alimlıri tərəfindən hazırlanmışdır (MPEG-in təkmilləşdirilməsilə bağlı işlər indi də davam etdirilir). Hazırda MPEG formatı təsvirin mürəkkəblik dərəcəsindən asılı olaraq, onu 10 dəfədən 100 dəfəyədək və daha çox sıxmağa imkan verir.