DVR və ya Rəqəmsal Video Rekorder olaraq da tanınırlar. Analoq video siqnallarını əvvəl rəqəmsal hala gətirən və sərt diskdə (HDD) saxlayan bir qeydiyyat cihazıdır. Ümumiyətlə onlar elektron təhlükəsizlik sənayesində istifadə olunurlar. Şəxsi istifadəyə xas olan versiyaları PVR Personal Video Recorder kimi tanınır. Bu gün DVR-lərin 4, 8, 16, 24, 32 və 64 kanal növləri mövcuddur.[1][2][3][4][5]
Ümumi bir baxışa görə, DVR-lərin əcdadı PVR-lərdir. Çünki VCR – Video Casette Recorderlərin hələ də geniş istifadə olunduğu 1990-cı illərin sonunda, ilk dəfə canlı TV yayımlarını yaza bilən PVR-lər istifadə olunmağa başlandı.[6][7] PVR əslində sabit disk texnologiyasındakı inkişafların bir zərurətinə çevrildi. 3,5 düym ölçüsündə və artan saxlama qabiliyyətində olan sabit disklər video lentləri tez bir zamanda əvəz etdilər.[8]
Nəhayət video təhlükəsizlik texnologiyası da rəqəmsal inqilabı çox tez yaşadı. Əvvəl etiketlənmiş lentlərin saxlanmasına əsaslanan video qeyd arxivi; öz yerini döngülü (cycle) qeydiyyat həyata keçirə bilən və məlumatların sıxışdırılaraq saxlanıldığı rəqəmsal mühitə buraxmışdır. VCR dövründə tək bir bölünmüş video ekranı 960 saata qədər saxlanıla bilərdi, lakin rəqəmsal inqilabla məhdudiyyətlər qaldırıldı. Hər şeydən əvvəl, hər kamera girişi ayrıca edildiyi üçün vizual təsbirlər də müstəqil olaraq saxlanıla bilirdi. Üstəlik, buna baxmayaraq qeydlər həftələrcə saxlanıla bilirdi.[9][10][11][12]
Bu gün Rəqəmsal videorekorderlər D1 görüntü imkanında həftələr, hətta aylar boyu çəkiliş həyata keçirdə bilirlər.[13][14]