Rəqs (Matiss)

"Rəqs" (fr. La Danse) —1910-cu ildə fransız rəssam Anri Matiss tərəfindən çəkilmiş rəsm əsəri. Rəsm əsərinin iki versiyası mövçuddur: birinçi Nyu-York Müasir incəsənət muzeyində, rəsmin ikinçi daha çox tanınan versiyası Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır.

Rəqs
La Dance
Rəssam Anri Matiss
Tarixi 1910-cu il
Üslubu Fovizm
Texnikası yağlı boya
Ölçüləri 260 sm × 391 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Ermitaj,Sankt-Peterburq

Moskvalı kolleksiyaçı Sergey Şukin 1906-cı ildə rəssamın parisdəki emalatxanasını ziyarət etmiş və ona mülkünün giriş pilləkəni üçün üç dekorativ panno sifariş etmişdir.

Bu seriyadan olan iki rəsm əsəri "Rəqs" və "Musiqi" indi Ermitajda saxlanılır, üçünçü "Çimmək və ya Meditasiya" pannosu isə tamamlanmamış, yalnız rəssamın eskizləri qalmışdır.

Rusiyaya yola düşməzdən əvvəl rəsm 1910-cu ilin Payız salonunda Qran-Palda sərgilənmiş və qalmaqala səbəb olmuşdur. Sifarişçini arxasıyca dəli, dekadent zir-zibili yığıçısı adlandırmışdılar.

İnqilabdan sonra Şukinin kolleksiyası milliləşdirilmiş və "Rəqs" bütün digər impressionistləlrə birgə Sankt-peterburqa Ermitajın kolleksiyasına verilmişdir.[1]

1930-cu ildə amerikalı kolleksiyaçı Albert Barns Matissə mövzunun sonraki inkişafını tapdığı indi "Paris rəqsi" adlanan (Müasir İncəsənət Muzeyi, Paris) iri həcmli "Rəqs" (1932) pannosu sifariş edir.[2].

Rəqs (İlk versiya)
Rəssam Anri Matiss
Tarixi 1909-cu il
Texnikası yağlı boya
Ölçüləri 260 sm × 391 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Nyu-York, Müasir İncəsənət Muzeyi

Rəsmin kompozisiyası və fiqurların forması U. Bleykin "Oberon, Titaniya və Bakın pərilərlə rəqsi" (1786) suluboya işini xatırladır[3]

Rəsmin sujetini Matiss kolliurda gördüyü xalq oyunlarından götürmüşdür."Rəqsin" digər versiyası Yunan vaza rəssamlığı və Sergey Dyaqilevin Parisdəki Rus mövsümlərinin təəssüratı altında yaranmışdır. Tablonun əsas ifadə vasitəsi — təsvir vasitələrinin lakonikliyinin rəsmin böyük ölçüsü ilə ahəng təşkil etməsidir. "Rəqs" cəmi üç rənglə çəkilmişdir. Göy rənglə səma, çəhrayı rənglə-rəqqasların bədəni, yaşıl boya ilə təpə təsvir edilmişdir. Rəsmdə təpənin başında əl-ələ rəqs edən beş çılpaq insan təsvir edilmişdir.

  1. Dövlət Ermitaj Muzeyi — Rəqs [ölü keçid]
  2. "Matissin Rəqsi". 2008-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  3. "Tate qalereyası U. Bleykin rəsmi". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.