Rəssamlığın alleqoriyası

Rəssamlığın alleqoriyası — hollandiyalı rəssam Yan Vermeerin rəsm əsəri[5], Vyanın Sənət Tarixi Muzey kolleksiyasına aiddir.[6]Əsər XVI əsr Hollandiyada çəkilmiş və rəssamlığın sənət, ilham və proses kimi metaforik təsvirini əks etdirir. Əsərin hər bir detalı dərin məna daşıyır və rəssamlığın mahiyyətini simvolik olaraq ifadə edir.[7]

Rəssamlığın alleqoriyası
De schilderkunst
Rəssam Yan Vermeer
Tarixi 1666/1668
Üslubu məişət janrı[1]
Ölçüləri 120 × 100
Materialı yağlı boya[d][2]
Saxlanıldığı yer Vyana
Saytı wga.hu/html/v/vermeer/03…
İnventar nömrəsi GG_9128[1], 1284[3][4], 1096a[3][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərin təsviri

[redaktə | mənbəni redaktə et]

Əsərin sol tərəfində rəssam arxası tamaşaçıya dönük vəziyyətdə təsvir olunub.[8]Bu şəxs ya Vermeerin özü, ya da ümumilikdə rəssamlıq peşəsini təmsil edən bir obrazdır. Rəssam məharətlə modelin portretini çəkir. Mərkəzdə gənc qadın Yunan mifologiyasının Klio adlı Muzasını təmsil edir. O, əlində truba və tarix kitabı tutur ki, bunlar şöhrət və yaddaşın simvoludur. Əsərin sağ tərəfində ağır bir pərdə kənara çəkilmiş kimi təsvir olunub.[9]Bu detal, tamaşaçını sanki gizli bir səhnəyə baxırmış kimi hiss etdirir və sənətin "teatrallığını" vurğulayır. Divarda asılmış böyük xəritə Hollandiya Respublikası dövrünü təmsil edir və sənətin milli kimliyə bağlılığını simvollaşdırır.[10][11]

Klio (Muzanın obrazı) — tarixi və yaddaşı qorumaq üçün sənətin rolunu təmsil edir[12]. Pərdə — sənətin həyatın pərdəsini qaldıraraq gizlini aşkar etməsi ideyasını əks etdirir. İşıq isə sənətin həqiqəti əks etdirmək gücünü simvollaşdırır. Vermeerin işıqdan istifadə etməsi və detallara diqqəti bu əsərdə öz zirvəsinə çatır. O, optik dəqiqliklə interyer və tekstura elementlərini təsvir edir.[13]

Mənzərəli kompozisiya

[redaktə | mənbəni redaktə et]

Vermeer yaradıcılığının yetkin və gec dövrlərinin əsərləri arasında bu rəsm daha böyük ölçüsü ilə seçilir ki, bu da rəssamın “janr mövzularında adi kətan diapazonundan” daha çox obrazlı miqyasda vəzifə qoyduğunu göstərir.[14]Rəssamın kompozisiya strukturları daha az parlaq, lakin məzmunca daha dərin və zəngindir və Vermeer bu rəsmdə rəssamın xüsusi məharətini nümayiş etdirir. Eyni zamanda, o, obrazı hər hansı bir kompozisiya dominantının ətrafında qurmaqdansa, müxtəlif motivlərin və vurğuların sərbəst vəhdətini yaradır, hətta perspektivin yoxa çıxma nöqtəsini neytral yerdə — divarda, oturanın solunda, xəritənin aşağı çarpaz çubuğunun taxta topunun altında.[15]

  1. 1 2 https://www.khm.at/objektdb/detail/2574/.
  2. https://www.dhm.de/datenbank/ccp/mu.php?no=1284.
  3. 1 2 https://www.dhm.de/datenbank/ccp/dhm_ccp_add.php?seite=6&fld_1=1284&fld_1_exakt=exakt&suchen=Suchen.
  4. 1 2 https://www.dhm.de/datenbank/linzdbv2/queryresult.php?obj_no=LI001103.
  5. "Die Malkunst (нем.) — название и основная информация о картине на сайте Венского музея истории искусств". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  6. "Провенанс картины на сайте Венского музея истории искусств". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  7. Aillaud G., Blankert A., Montias J. M. Vermeer. — Amsterdam, 1987. — P. 213
  8. Montias J. M. Vermeer and his Milieu. A Web of Social History. — Princeton: Princeton university press, 1989. — P. 265, 364.
  9. "Johannes Vermeer The Art of Painting (сайт Вашингтонской национальной галереи)". 2004-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2004-09-27.
  10. Waagen G. F. Handbuch der Deutschen und Niederländischen Malerschulen. Band II. — Stuttgart, 1862. — S. 110.
  11. Welu J. A. Vermeer: his cartographic sources // The Art Bulletin. 1975. Vol. LVII. — № 4.
  12. "Johannes Vermeer The Art…". 2004-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2004-09-28.
  13. Цена продажи составила 1,65 млн рейхсмарок: Petropoulos J. Kunstraub und Sammelwahn. Kunst und Politik im Dritten Reich. — Berlin 1999. — S. 234.
  14. Даниэль С. М. Картина классической эпохи. Проблема композиции в западноевропейской живописи XVII века. — Л.: Искусство, 1986. — С. 118—119
  15. "Картина из собрания галереи Дикинсон (Лондон), датируется последней третью XVII в." 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  • Уилок Артур. Ян Вермеер. СПб.: ICAR. пер. с англ. Э. Андреевой, Н. Роговской. 1994. ISBN 5-8592-073-2.
  • Зедльмайр Ганс. Два примера интерпретации: Ян Вермеер: «Прославление живописи» // Искусство и истина. Теория и метод произведения искусства. Классика искусствознания. СПб.: Аксиома. пер. с нем. Ю. Н. Попова. 2000. 186–201. ISBN 5-901410-03-3.
  • Ротенберг, Евсей Иосифович. Ян Вермер Делфтский и его картина «Искусство живописи» // Картина Яна Вермера Делфтского «Искусство живописи» (Буклет к выставке «Зримая музыка. Европейская живопись и графика XIV—XIX века»). М. 2000. 5—19.
  • Сененко М. С., Мустер Хельга. Технологические особенности картины и ее реставрация // Картина Яна Вермера Делфтского «Искусство живописи» (Буклет к выставке «Зримая музыка. Европейская живопись и графика XIV—XIX века»). М. 2000. 22.
  • Шнейдер Норберт. Вермер. Малая серия искусств. Кёльн: Taschen, Арт-Родник. пер. с нем. В. Н. Тяжелова. 2004. ISBN 978-5-4040-0149-5.
  • Ротенберг Е. И. Картина Яна Вермера Делфтского «Искусство живописи» // Из истории классического искусства Запада / Сб. ст. по материалам конференции к 80-летию Е. И. Ротенберга. М. 2003. 96—133.
  • Дмитриева А. А. Картина Яна Вермеера Делфтского «Аллегория живописи» («Живописец в мастерской»). Основные проблемы иконографии // Вестник Санкт-Петербургского университета. Вып. 3. СПб. 2009. 130—139.
  • Павлов В. И. Ян Вермеер. Композиция и перспектива. СПб. 2018. ISBN 978-5-6041009-4-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]