Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rəsul Ənvər oğlu Balayev (2 avqust, 1956)— iqtisad elmləri doktoru, professor.
Rəsul Balayev | |
---|---|
Rəsul Ənvər oğlu Balayev | |
Doğum tarixi | |
Doğum yeri | Lahıc, İsmayıllı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur.
1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfaтı İnstitutunda oxumuş, institutu "İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1978-1981-ci illərdə Ümumittifaq Elmi-Тədqiqat Layihə-Тexnoloji İnstitutunun Azərbaycan filialında işləmişdir.
1981-1984-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutun əyani aspiranturasında təhsil almışdır.
1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
2001-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXТİ-də elmi işçi, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. Hazırda həmin universitetin professoru və "İnformatika" kafedrasının müdir əvəzidir.
4 monoqrafiyanın, bir neçə dərslik,dərs vəsaiti, kitabçanın, ölkədə və xaricdə çap olunmuş 80-dən artıq (cəmi 100 çap vərəqindən artıq həcmdə) elmi məqalənin müəllifidir.
İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvüdür. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş 100-dən artıq qəzet məqaləsi ilə çıxış etmişdir.
Ailəlidir, iki övladı var.