Rəsul Həsənov

Rəsul Həsən (Rəsul Elşən oğlu Həsənov; 24 sentyabr 1991, Bakı) — Azərbaycanlı yazıçı, qrafik dizayner, rəssam, təşəbbüskar.

Rəsul Həsən
Rəsul Elşən oğlu Həsənov
Doğum tarixi 24 sentyabr 1991(1991-09-24) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Elşən Həsənov[d]
Təhsili
Fəaliyyəti yazıçı, qrafik dizayner, rəssam
rasulhasan.com

Rəsul Həsənov 1991-ci il sentyabrın 24-də Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olub və 2013-cü ildə "Dizayn" ixtisası üzrə oranı bitirib.[1]

Rəsul Həsənov 2004-cü ildən dizayn sahəsində çalışmağa başlamış, 2009-cu ildən bir çox reklam agentliklərində qrafik dizayner, art direktor olara fəaliyyət göstərib.[1] O, həmçinin müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olub.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rəssamın 2015-ci ildə "Düha", 2018-ci ildə isə "Düha 2" adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil olunub.[2][3]

O, 2018-ci ildə yazdığı Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir. Onun 2021-ci ildə nəşr olunan ikinci kitabı "Qrafik dizaynın əsasları" Azərbaycanda qrafik dizaynın nəzəri əsaslarını əhatə edən ilk kitab oldu. 2023-cü ildə bir neçə illik tədqiqatları və Azərbaycan, Rusiya, Avropa və Amerika arxivlərindən topladığı vizual məlumatlar əsasında hazırladığı 624 səhifəlik ensiklopedik nəşr hesab olunan "Azərbaycan qrafik dizayn tarixi" adlı kitabını təqdim edib.[4]

O, bir neçə məşhur azərbaycanlının tarixi sənədlər, heykəli əsasında realistik görünüşünü hazırlayıb.[5]

Təşəbbüsləri

[redaktə | mənbəni redaktə et]

Rəsul Həsənov bir neçə layihələrin təşəbbüskarı və rəhbəridir. 2011-ci ildə o, 2012-ci ildə NETTY İnternet Mükafatını qazanan Azərbaycan musiqi arxivi "Muzzaz" portalını yaradıb. Həmin il o, mədəni məqalələr, müsahibələr və bədii portfolioların paylaşılması üçün platforma olan "Target Magazine" onlayn jurnalını təsis edib.

2015-ci ildə "Graphic Design Azerbaijan" onlayn dizayn cəmiyyətini yaradıb. Həmin ildə o, Ramiz Əlili ilə birgə su altında qalan Bayıl qalasının bərpası layihəsini hazırlayıb.[6] 2021-ci ildə isə Azərbaycan tarixinə aid yüksək keyfiyyətli fotoşəkilləri pulsuz təqdim edən iri fotoarxiv saytı olan "Azkataloq.org"u yaradıb. O, həmçinin Azərbaycanda beş il ərzində hər il keçirilən ilk Dizayn Forumunu təşkil edib. 2022-ci ildə 1000-dən çox iştirakçını cəlb edən ilk "Bakı Dizayn Festivalı"nın təşəbbüskarı olub.

  1. 1 2 QALEREYASI, AZƏRBAYCAN DÖVLƏT RƏSM. ""Digitalart-lab" layihəsi çərçivəsində qrafik dizayner Rəsul Həsən tərəfindən ustad dərsi keçirilib". azgallery.az (az.). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  2. ""Düha" təqdim olundu". Teleqraf.com (az.). 2015-07-01. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  3. anews.az. ""Düha"ların nümayişi – FOTOLAR". anews.az (az.). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  4. "Azərbaycan qrafik dizayn tarixi 1875–1990 I hissə". alinino.az. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  5. "Əliağa Vahidlə bağlı möhtəşəm iş - Foto". Axar.Az (az.). 2021-06-16. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  6. "Su altında qalan Bayıl Qalasının bərpası layihəsi hazırlanıb - FOTO". Milli.Az (az.). 2015-11-19. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.