Rəsul Mirzayev (30 mart 1986, Qızılyar, Dağıstan MSSR) - əslən Dağıstanlı rus MMA döyüşçüsü.
Rəsul Mirzayev | |
---|---|
(rus. Расу́л Рабада́нович Мирза́ев) | |
Şəxsi məlumatlar | |
Tam adı | Rəsul Rabadanoviç Mirzayev |
Doğum adı | Расу́л Рабада́нович Мирза́ев |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 170 sm |
İdman növü | MMA,Döyüş Sambosu,Pankration |
Karyera illəri | 2009–h. h. |
1986-cı ildə Dağıstanın Qızlar şəhərində anadan olmuşdur. Dəfələrlə Pankration və Döyüş Sambosu üzrə Rusiya və beynəlxalq yarışların qalibi həmçinin Qarışıq döyüş sənəti (MMA) üzrə keçirdiyi döyüşlərdə məğlub olmamışdır.
13 avqust 2011-ci ildə "QARAJ" adlanan klubda Rusiya Polis Akademiyasının tələbəsi olan İvan Aqofonov və Rəsul Mirzayev arasında baş vermiş kiçik mübahisə sonradan ikincinin boksda "bakavoya"(yandan zərbə) adlandırılan zərbə ilə İvanın çənə nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnmişdir. Boyu 190 sm olan İvan Aqofonov aldığı zəbədən yerə sərilmiş, nakaulta düşmüş bir qədər sonra isə ətrafdakıların və dostlarının köməyi ilə özünə gəlmiş və yaxınlığdakı 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin diaqnozuna görə zərərçəkmiş baş-beyin travması almışdır. Bir müddət həkim nəzarətində müalicə alan İvan onların səyinə baxmayaraq 18 avqust gecəsi düşdüyü komadan ayılmamış və vəfat etmişdir.
Bu hadisədən sonra şübhəli qismində saxlanılan Mirzayev məhkəmənin qərarı "Ehtiyatsızlıqdan ölümə səbəb olma (RF CM 109-cu maddəsi)" maddəsinə əsasən 15 il müddətə azadlıqdan məhrum edilir və 100.000 rubl cərimə edilir.
27 noyabr 2012-ci ildə yenidən ekspertiza təşkil edildi və bu həbs qərarına bir daha baxıldı və bəzi qaranlıq məqamlara aydınlıq gəlir və iki il təcdirxana həyatı yaşayan Mirzayev 21 yanvar 2013-cü ildə sərbəst buraxılır.