Rəsultəpə yaşayış yeri — Orta tunc dövrünə, orta əsrlərə aid tarixi, ölkə əhəmiyyətli abidə.[1]
Rəsultəpə yaşayış yeri | |
---|---|
Rəsultəpə yaşayış yeri | |
Status | ölkə əhəmiyyətli |
Şəhər | Ağdam |
Yerləşir | Armudlu kəndinin şimal - qərbində |
Aidiyyatı | Azərbaycan |
Hündürlüyü | 14 metr |
Rəsultəpə yaşayış məskəni Ağdam rayonunun Xındırıstan kəndinin şimal-qərb ucaqrında yerləşir. Bu təpə ölçülərinə görə Qarabağ düzündəki başqa təpələrdən fərqlənir.[2] XX əsrin 80-ci illərində aparılan təsərrüfat işləri zamanı aşkar olunan bu təpəni A.A.İessen qeydə almışdır. Abidənin hündürlüyü 14 m-ə qədər olmuşdur. Təpənin yamacından və üstündən toplanmış yerüstü materiallar ayrı-ayrı dövrlərdən orta əsrlər dövrünə qədər olan materiallar idi. Yaşayış yerindən erkən tunc dövrünə aid olan saxsı nümunələri Üzərliktəpə materialları oxşarlıq təşkil etmişdir. Sonrakı illərdə eneolit dövrünə aid təbəqə də aşkar edilmişdir. Eneolit təbəqəsindən tapılan materiallar gillə bitki qatışıqlı olan saxsı nümunələri olmuşdur.[3]