Rəvan Bağırov

Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri.

Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Aydın Bağırov
Anası İradə Bağırova
Fəaliyyəti radioaparıcı, bloqqer, dizayner, fotoqraf
Fəaliyyət illəri 2009–h.h.
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
ravanbaghirov.com

Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir.

2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır.

2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.

2011-2013-ci illərdə YouTube “Manpası” YouTube video layihəsinin rəhbərlərindən biri və aparıcılarından biri kimi işləmişdir.

2012-2015-ci illərdə Media FM radiosunda (105.5 FM) “Manpası” səhər radio şousunun aparıcısı kimi çalışmışdır.

2012-2016-cı illərdə Beat Group reklam agentliyində kreativ direktor vəzifəsində çalışmışdır.

2013-2014-cü illərdə Ralph Lauren brendinin şərqi Avropa üzrə rəsmi interyer fotoqrafı kimi çalışmışdır.

2017-ci ildə Azərbaycanda ilk dəfə təşkil edilən “Bomba” sosial media mükafat mərasiminin layihə rəhbəri, müəllifi olmuşdur.

2017-2019-ci illərdə Media FM radiosunda (105.5 FM) “Manpası” səhər radio şousunun aparıcısı kimi çalışmışdır.

2019-cı ildən hal-hazırda İctimai Radioda (90 FM) “Manpası” səhər radio şousunda aparıcıdır.

2011-ci ildə DJ Fateh ilə birgə yaratdıqları MANPASI youtube layihəsi Azərbaycanın həmin dövrdə ən çox izlənilən internet verilişinə çevrilmişdir. İnternet sərhədlərini aşaraq, Media FM radiostansiyasında səhər şousuna çevrilən layihə, hal-hazırda isə İctimai Radioda yayımlanan Azərbaycanda bütün zamanların ən dinlənilən səhər şousudur.

  1. “MANPASI” və “Avtostop”verilişləri  İctimai Radioda səslənəcək
  2. Проект «Manpası» возвращается в радиоэфир
  3. DJ Fateh və Rəvan Bağırovun apardığı səhər şousunu yenidən dinləyə biləcəksiniz.  
  4. BOMBA – Azərbaycanın ilk sosial media mükafatı
  5. Fatehlə Rəvan çoxarvadlılığı təbliğ edir? - MTRŞ-dən açıqlama
  6. Интернет-проект MANPASI посетил Шеки
  7. MANPASI. Гадалка и DJ Fateh, и на концерт какой звезды местного шоу-бизнеса горожане не пошли бы даже с бесплатным билетом? – ВИДЕО
  8. DJ Fateh və Rəvan Bağırovun təqdimatında “Manpası” – Elmlər Akademiyasının yeni çəkilişini təqdim edir.
  9. Проект Manpası. Кто такой Марк Цукерберг, что означает функция «POKE» и все о Facebook – ВИДЕО
  10. Проект Manpası, или «Алабама брат Обамы…» - ВИДЕО
  11. Новый проект «Manpası», или «Вапрос канешно сексуальный и абаятельный…» - ВИДЕО

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Rəsmi saytı

Instagram hesabı