Rəvan Sığorta - Azərbaycanın sığorta şirkəti.
"Rəvan Sığorta"ASC "Star Alyans Sığorta" adı ilə Azərbaycan bazarında 1998-ci ildən fəaliyyət göstərir, Efsen Group şirkətlər qrupuna daxil olub. Lakin 2007-ci ildə "Nurgün" şirkətlər qrupuna satılıb.
Səhmdarların qərarı ilə 2009-cu ildə "Star Alyans Sığorta" adını "Rəvan Sığorta" olaraq dəyişib. "Rəvan Sığorta" adı ilə 21 avqust 2009-cu ildə dövlət qeydiyyatından keçib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, şirkət 2013-cü ildə sığorta ödənişləri 1 129 429,65 milyon manat, sığorta yığımları 4 061 177,30 milyon manat sığorta pulu toplayıb. Nizamnamə kapitalı 8,9 miyon manat təşkil edir. Şirkət 17 könüllü sığorta növü üzrə xidmət göstərir. Şirkət 20 illik təcrübəsi ilə, müştərilərinə yüksək keyfiyyətli xidməti göstərən, Azərbaycanın sığorta xidmətləri bazarına öz töhfəsini verən etibarlı şirkətlərdəndir