"Rəy Əl Əhali" (qəzet) — gündəlik, ictimai, siyasi qəzet.
"Rəy Əl Əhali" (qəzet) | |
---|---|
Təsisçi | Siddiq Əli Bulukini |
Məsul redaktorlar | Qələmçi, Siddiq Abdullah Muxtar, Nazim Vandavi, Mahmud Tofiq |
Yaranma tarixi | 6 sentyabr 1960-cı il |
Dil | ərəb dili |
Nəşrini dayandırıb | fevralın 8 1963-cü il |
Şəhər | Bağdad |
Ölkə | İraq |
Qəzetin ilk sayı 1959-cu il sentyabrın 6-sı ərəb dilində dərc edilib. Digər nömrələri isə həftəlik olaraq dörd səhifədə Kərkük Bələdiyyə mətbəəsində çap edilib. Bir müddət Kərkükdən kənarda Səlahəddin mətbəəsində çap edilib. Qəzetin təsisçisi Siddiq Bulukini, baş yazarı isə vəkil Mehmet Mərdan Qələmçi idi. İlk sayında dərc edilmiş “Əhdafuna”, yəni “Məqsədimiz” sərlövhəli məqalədə:
Abdulkərim Qasımın direktivləri işığında demokratiyaya xidmət və dürüst vətəndaşları birləşdirmək, istismarçı və onların quyruqlarının bölücülük etmələrinin qarşısını almaq... |
ifadəsi ilə demokratiya anlayışını ortaya qoyurdu.
Qəzetin kin, nifrət dolu məqalələri cəmiyyətdə toplumlar arasında bir-birinə pislik etməyə qədər gedib çıxan anlaşılmazlıq və uyğunsuzluq yaratmağa yönəlmişdi. Nəşrin təsisçisi tərəfindən reallaşdırılan bu ayrı-seçkilik yolunu təhlükəli hesab edən məsul redaktor Qələmçi vəzifəsindən ayrıldı, onun yerinə isə süleymaniyyəli vəkil Siddiq Abdullah Muxtar təyin edildi. Bu şəxs də qısa müddət sonra ağır və məsuliyyətli işi tərk etdikdən sonra onun əvəzinə təqaüddə olan kifrili bölgə üzrə dövlətin rəsmi səlahiyyətli rəhbəri, vəkil Nazim Vandavi bu vəzifəyə təyin edilib. Daha sonra qəzetin bu işini süleymaniyyəli vəkil Mahmud Tofiq aparıb, lakin qəzetin sahibi Siddiq Əli Bulukininin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə 1963-cü il fevralın 8-i “Rəy Əl Əhali”nin rəsmi şəkildə fəaliyyəti dayandırılıb.[1]