Rəziyyə Gəncəvi

Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur.

Rəziyyə Gənəvi
Rəziyyə Gəncəvinin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü
Rəziyyə Gəncəvinin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi
Vəfat yeri Gəncə
Vətəndaşlığı Azərbaycan Atabəylər dövləti
Fəaliyyəti şairə
Əsərlərinin dili fars dili
İstiqamət Divan ədəbiyyatı
Janrlar rübai, qəzəl
Vikimənbənin loqosu Rəziyyə Gəncəvi Vikimənbədə
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Rəziyyə Gəncəvi rəsmi

Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər.

***
Yolun torpağıtək eyləsən də xar,
Yenə də qulunam, ey əziz dildar!
Qərqəm göz yaşına, mərhəmət qılıb,
Alsan ağuşuna məni, nə olar?

***
Yuxum yox, getmə sən, canan, gözümdən,
Getməyir göz yaşı bir an gözümdən.
Çünki sən gözümü etmisən məskən,
Sevincdən yaş damır hər an gözümdən.

  • Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya Press", Bakı, 2005