RBG — Azərbaycan istehsalı qumbaraatan. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Serbiya şirkəti ilə birgə istehsal etdiyi 40×46 mm çaplı revolver tipli əl qumbaraatanını ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirib. Piyada silahı olaraq qəbul edilən bu qumbaraatan 40×46 mm çaplı NATO standartlarına uyğun atəş yığımlarından istifadə edir. Silahda öz özünü döyüş vəziyyətinə gətirmə üsulu ilə işləyən zərbə-tətik mexanizmi və iki tərəfli qoruyucu tətbiq olunur.
RBG | |
---|---|
Tipi | Qumbaraatan |
Xüsusiyyətləri | |
Ağırlığı | 5.9 kq |
Məsafə | 375 m |
Effektiv məsafə | 375 m |
Maksimum məsafə | 1000 m |
Qumbaraatan uzunluğu nizamlanan və rezin arxalığı olan yığılan qundaqla dəstləşdirilir. Hədəfə tuşlanması isə kollimator nişangahı ilə yerinə yetirilir. Silahın maksimal atış məsafəsi 400 metr, effektiv atış məsafəsi 375 metr, barabanının tutumu 6 qumbara, çəkisi boş halda 5,9 kq təşkil edir. Qumbaraatanın patron yuvasının uzunluğu 140 mm təşkil edir ki, bu da ondan hətta nisbətən uzun qumbaralarla atəş açmaq imkanı verir.[1]