RC4WD — uzaqdan idarəedilən avadanlıq hissələri, nəqliyyat vasitələri və ləvazimatları istehsalçısı və satıcısı. Şirkət 2001-ci ildə San Fransisko ərazisində təsis edilmişdir. Onun məhsulları NASA tərəfindən seçilmiş və bir çox ölkələrin televiziya və jurnallarında yayımlanmışdır. Şirkət yüksək sürətli batareya ilə işləyən uzaqdan idarəolunan avtomobillər üçün hissələr istehsal edib.[1][2]
RC4WD 2001-ci ildə Amerika Birləşmiş Ştatları, Kaliforniya,San Fransisko ərazisində,bir qarajda yaradılmışdır. İlk olaraq RC4WD şirkəti RC Monster Truck (yük maşınları) satışı sonrası təchizat hissələri üçün "One Stop Shop" internet saytı kimi işə başlamışdır. Bu biznes RC monster truck həvəskarlarına həsr olunmuş RCMT.net forum birliyinin köməyi və dəstəyi ilə inkişaf etdirilib genişləndi. 2005-ci ildə biznes Thundertech Racing, JPS, New Era Models, Imex, Defiance Racing, RC Alloy, Vertigo Performance və bu kimi başqa şirkətlərdən təxminən 800-ə qədər hissəni ehtiyatda saxlayırdı. Nəhayət ki, RC4WD 2007-ci ilə qədər San Xosedə balaca bir anbara köçürüldü. 2010-cu ilin iyulunda ilk lisenziyalı məhsul olan Dick Cepek "Mud Country" 1.9 istehsal edildi. Növbəti il, 2011-ci ilin fevral ayında isə Horizon Hobby RC4WD məhsullarının paylanmasına başladı. 2014-cü ilin mart ayından etibarən Towerhobbies RC4WD məhsullarının satışına başladı.