Raad (gəmi əleyhinə raket)

Raad (fa: رعد, h.t: Şimşək) - İranın konstruksiya etdiyi və inşa etdiyi subsonik gəmi əleyhinə qanadlı raketdir.[1] Raket, Çinin Silkworm gəmi əleyhinə raketinin tərsinə mühəndislik yolu ilə tərtib edilmiş və təkmilləşdirilmiş bir variantıdır.[1][2] Raket dövlətə məxsus İran Aviasiya Sənayesi Təşkilatı (IAIO) tərəfindən hazırlanmışdır.[1][3] İran 2004-cü ilin yanvarından Raadın tam istehsalına başlanıldığını və 2007-ci ildən istifadəyə verildiyini bildirmişdir.[3] Raket qurudan və gəmidən buraxılmaq üçün platformalar ilə təchiz edilmişdir.[1][4] Kütləsi 3000 kq, uzunluğu 7.36 metr, diametri 0,76 metr, döyüş başlığının çəkisi 450-550 kq, mühərriki qatı yanacaqlı gücləndirici, itələyici qüvvəsi turbo-jet mühərriki, əməliyyat mənzili 360 km, uçuş hündürlüyü isə dənizin üstündə uçan raketlərə müvafiqdir.

Raad (fa: رعد, h.t: Şimşək)
Tipi subsonik gəmi əleyhinə qanadlı raket
Ölkə
İstehsal tarixçəsi
İstehsalçı İran
border=none Əsas məqalə: İran-İraq müharibəsi

İran-İraq müharibəsi dövründə Çin İrana çox sayda Silkworm gəmi əleyhinə raketin iki variantını - HY-2 və HY-4-ü özündə birləşdirən versiyalarını vermişdir. Müharibədən sonrakı dövrdən əvvəl İran ordusu, əsasən Birləşmiş KrallıqABŞ tərəfindən təmin edilən xarici silahlardan çox asılı idi.[5] Müstəqilliyə nail olmaq və silah sahəsindəki xarici xərcləri azaltmaq üçün İran əks mühəndislik kampaniyasına başladı və sahib olduğu bütün silahları istehsal etdi.[2] Raad, İranın əks mühəndisliklə tərtib etdiyi silahlardan biri idi.[2]

Raadın istehsalında əsas götürüldüyü Silkworm variantı dəqiq bilinmir və mübahisəlidir. Lakin bəzi mənbələr bunun HY-2-yə, digərləri isə HY-4-ə əsaslandığını bildirirlər.[1][2]

İnkişaf mərhələsinin nə vaxt başladıldığı məlum deyil, ancaq döyüş raketinin tam istehsalının 2004-cü ilin yanvarından başladıldığı məlumdur.[3]

Raad, 7 fevral 2007-ci ildə uğurla sınaqdan keçirilmişdir.[6] Bunu o zamankı İran Hərbi Hava Qüvvələrinin Komandirinin müavini Əli Fədavi təsdiqləmişdir: “SSN4 və ya Raad adlı qanadlı raketi, Oman dənizindəHind okeanının şimalındakı müəyyən hədəfləri vuraraq uğurla sınaqdan keçirdik.”[7]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Raad, həm yerüstü həm də dəniz platformalarından atıla bilən gəmi əleyhinə bir qanadlı raketdir. Raadın mühərriki, turbojet mühərrikli bərk itələyici qüvvətləndiricidən istifadə edir və eyni zamanda Ətalət Naviqasiya Sistemi və terminal idarəedicidən istifadə edir ki, terminal idarəedicinin dəqiq növü bilinmir, lakin IHS Jane's Weapons bunun “ehtimal edilən infraqırmızı görüntüləmə və ya aktiv radar sistemi” olduğunu bildirir.[8] Raket, radarların onu aşkarlamasından və raket müdafiəsindən yayınmaq üçün aşağı hündürlüklərdə uçmaq qabiliyyətinə, həmçinin dəniz üzərində üzmə qabiliyyətlərinə də malikdir.[7]

Spesifik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Raad Silkworm raketinə əsaslandığından Silkwormun HY-2 və HY-4 variantları ilə oxşarlıqları bölüşür. Həm HY-4, həm də Raad, turbojet mühərrikli qatı itələyicili gücləndiricidən istifadə etmə və aşağı hündürlüklərdə uçma qabiliyyəti kimi oxşar xüsusiyyətlərə malikdirlər.[1] Raadın yük ağırlığı və işə salınma (buraxılma) ağırlıqları da HY-2-yə bənzəyir.[1]

  • Zəmin: Yer və dəniz istifadəyə müvafiqdir
  • Uzunluq: 7.36 m
  • Çap: 0.76 m
  • Başlatma çəkisi: 3000 kq
  • Yükü: 450-500 kq
  • Döyüş başlığı: Yüksək partlayıcı
  • Aralığı: 360 km

 İran- Raket, 2010-cu ilin aprelində hərbi dəniz təlimində 300 km uçurdularaq sınaqdan keçirilmişdir.[6] Raad hazırda aktiv xidmətdədir və əsasən Fars körfəzi boyunca və müxtəlif dəniz gəmilərində yerləşdirilmişdir.[9]

  1. 1 2 3 4 5 6 7 ""Ra'ad"". Missile Threat, Center for Strategic and International Studies. August 9, 2016. 11 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2019.
  2. 1 2 3 4 Kopp, Carlo; Andrew, Martin. "PLA Cruise Missiles, PLA Air – Surface Missiles". Air Power Australia. April 2012. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2019.
  3. 1 2 3 "Iran Missile Milestones: 1985-2016". Iran Watch. 13 July 2016. 13 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2019.
  4. “Ra’ad Cruise Missile,” in IHS Jane’s Air-Launched Weapons, 2012-2013, ed. Robert Hewson (United Kingdom: IHS, April 2012)
  5. Karsh, Efraim (25 April 2002). The Iran–Iraq War: 1980–1988. Osprey Publishing. pp. 1–8, 12–16, 19–82. ISBN 978-1-84176-371-2
  6. 1 2 "Iranian Missile Launches: 1988-Present". CSIS Missile Threat. 17 August 2017. 12 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2019.
  7. 1 2 "Iran successfully test fires land-to-sea missile". DNA India. 8 February 2007. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2019.
  8. “Raad (HY-1/-2 ‘Silkworm’ variant/Pirouzi 75),” in IHS Jane’s Weapons: Strategic 2015-2016, ed. Jane’s C O’Halloran (United Kingdom: IHS, 2016), 154-155
  9. "Country Profile: Iran". Nuclear Threat Initiative. July 2017. 28 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2019.