Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Rabitə, kommunikasiya [communications] – predmeti informasiyanın ötürülməsi üsulları, mexanizmləri və onların daşıyıcıları olan çox geniş fəaliyyət sahəsidir. Adətən, rabitə dedikdə, verilənlərin hər hansı daşıyıcı (məsələn, telefon xətti, radiorele stansiyası, peyklə birləşmə, fiziki kabel) vasitəsilə bir kompüterdən başqasına ötürülməsi başa düşülür. Kompüter rabitəsinin iki əsas metodu var: iki kompüter arasında müvəqqəti bağlantının qurulması yolu (məsələn, modem vasitəsilə) və bir neçə işçi stansiyanın, yaxud kompüterin şəbəkədə birləşdirilməsi yolu. Ancaq bu iki metod arasında kəskin fərq qoymaq olmaz, çünki çox zaman modem qoşulmuş kompüterlərdən xüsusi və ümumi istifadəli şəbəkələrdəki kompüterlərə çıxılır. Modem rabitəsində istifadə olunan aparat və proqram vasitələri şəbəkə rabitəsində istifadə olunanlardan fərqlənsə də, onlar müəyyən dərəcədə bir-birinə yaxındır. Məsələn, modemlərin köməyilə rabitə zamanı dövlət telefon şəbəkəsindən və başqa münasib rabitə xidmətindən istifadə etməklə bir, yaxud iki istiqamətli ötürməni aparmaq olar. Bundan başqa, şəbəkələrdə ayrılmış telefon xətlərindən və kommutasiya sistemlərindən, yaxud lokal şəbəkələrdə kompüterlərarası kabellərdən geniş istifadə etmək olar. Ötürülən informasiyanın potensial həcmindən asılı olaraq, şəbəkələrdə verilənlərin daşınması üçün mürəkkəb mexanizmlərdən, xətaların axtarışı prosedurlarından istifadə etməklə, qeydiyyatda olan istifadəçilərə verilən və onlardan qəbul edilən məlumatların yönləndirilməsi və onların saxlanması həyata keçirilir. Tut: DATA TRANSMISSION, TELECOMMUNICATIONS, TELEPROCESSING.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.