Rabitəbank

Rabitəbank — 1993-cü il 30 iyun tarixində təsis edilmişdir. Azərbaycanda bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyətidir.[1]

Rabitəbank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Təsis tarixi 30 iyun 1993
Baş qərargahın yeri Bakı, 28 May küç., 33 AZ 1010
İqtisadi göstəriciləri
Ümumi kapital 128.000.000- AZN (2024)
Xalis mənfəəti 19.182.660- AZN (2024)
Struktur
İşçi sayı 1200-dən çox
Rəhbərlik
Müşahidə Şurasının sədri
Zakir Nuriyev
İdarə Heyətinin sədri
Aydın Hüseynov
www.rabitabank.com

Rabitəbank 1993-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının 136 nömrəli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Rabitəbank ticarət, istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrlə yanaşı, fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Rabitəbank 27 filial, 75 ATM və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 16 regionunda təmsil olunur.[2] 1994-cü ildə Bakı Banklararası Valyuta Birjasına və Azərbaycan Banklar Assosiasiyasına qəbul edilməsi ilə bankın maliyyə imkanları daha da genişlənmişdir. 1994-cü ildə “Rabitəbank” ASC-nin ilk filialı olan Yasamal filialı fəaliyyətə başlamışdır. Rabitəbank SWIFT, Europa International, Visa International ödəniş sistemlərinə üzv olmuşdur.[3] Bank həmçinin Western Union, Zolotaya Korona, Contact kimi pulköçürmə sistemləri ilə prinsipial üzvdür. Bank 2019-cu ildə rebrendinq edərək loqo və korporativ üslubu dəyişmişdir. [4]

Bank məhsulları

[redaktə | mənbəni redaktə et]

Debet, kredit və premium kartları özündə birləşdirən Kartmane vasitəsilə Azərbaycanın və dünyanın istənilən yerində sürətli ödənişlər edə bilmək mümkündür. Kartmane kartı geniş tərəfdaş şəbəkəsinə sahib olmaqla yanaşı kartmane ilə kartdan karta pulköçürmə və ATM nağdlaşdırma xidmətlərini pulsuz şəkildə həyata keçirmək mümkündür.

Tətbiq bir çox bank əməliyyatının onlayn şəkildə yerinə yetirilməsini təmin edir. Rabita Mobile ilə 700-dən çox ödənişi smartfon vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin kartdan karta pulköçürmə, Hesabı bölmə(Split Bill), Send to friend, MoneySend, ƏDV geri al, Parkinq ödənişləri kimi funksiyalar da tətbiqdə mövcuddur.

Azərbaycanda “Messenger” və “Telegram” platformaları üzrərindən maliyyə əməliyyatlarını icra edən ilk çatbotdur. RabitaBot istifadəçilərə telegram üzərindən sürətli şəkildə vəsait göndərmək, kommunal ödənişlər etmək, kart və ya kredit sifarişi kimi imkanlar yaradır.

Xidmət şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

27 filial, 75 ATM və 1 şöbəsi ilə Rabitəbank Azərbaycanda xidmət şəbəkəsinə malik olan maliyyə qurumlarından biridir. Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Rabitəbank tərəfindən 400.000-dən çox müştəriyə xidmət göstərilir. Rabitəbank həmçinin dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]
  • Zakir Nuriyev-Müşahidə Şurasının sədri.[5]
  • Rauf Əliyev-Müşahidə Şurasının üzvü[6]
  • Rəşad Abasov- Müşahidə Şurasının üzvü[7]
  • Zaur Baxşəliyev- Müşahidə Şurasının üzvü[8]
  • Rəhman Əliyev- Müşahidə Şurasının üzvü[9]

İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]
  • Aydın Hüseynov-İdarə Heyətinin sədri[10]
  • Orhan Gültekin-İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş satış inzibatçısı)[11]
  • Samir Rzayev-Baş direktor, İdarə Heyətinin üzvü (Baş maliyyə inzibatçısı)[12]
  • Ramil Nəsibov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş texnologiya inzibatçısı)[13]
  • Natiq Novruzov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı)[14]
  • Business Time jurnalı tərəfindən təşkil edilən "Azeri Business Award" milli mükafatında Kartmane kartı "İlin bank məhsulu" seçilib.
  • Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında Rabitəbank 17 komanda arasında 1-ci yerə çıxıb.
  • Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası Dizayn&Brendinq və Çap&Nəşriyyat kateqoriyalarında iki qızıl mükafat qazanıb.
  • Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan “Trade and Supply Chain Awards 2024” müsabiqəsində “Rabitəbank” ASC “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub.
  1. "Republic of Azerbaijan consists of the Central Bank". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  2. Open Joint-stock company Rabitabank Arxivləşdirilib 2023-08-10 at the Wayback Machine  (ing.)
  3. "Bank haqqında". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  4. "Rabitəbank 90 aztəminatlı ailəyə ərzaq yardımı göstərdi!". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  5. "Zakir Nuriyev". 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.
  6. "Rauf Əliyev- Müşahidə Şurasının üzvü". 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  7. "Rəşad Abasov". www.rabitabank.com (az.). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-18.
  8. "Zaur Baxşəliyev". www.rabitabank.com (az.). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-18.
  9. "Əliyev Rəhman". www.rabitabank.com (az.). İstifadə tarixi: 2024-11-18.
  10. "İdarə Heyətinin sədri". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  11. "İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş satış inzibatçısı)". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  12. "Baş direktor, İdarə Heyətinin üzvü (Baş maliyyə inzibatçısı)". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  13. "Ramil Nəsibov". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
  14. "Natiq Novruzov-Baş direktor". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]