Racput dövrü - (sanskrit. राज्पुत) (VII-XII əsr) Hindistanın orta əsrlərə daxil olduğu Racputların hakimiyyət dövrü.
Hind mədəniyyətinə qızıl dövr kimi daxil olan Huptlar dövrü gəlmə adamların yerli əhali ilə birləşməsi nəticəsində yeni etnik toplunun - racputların formalaşmasından sonra süqut etdi. racputların hakimiyyəti möhkəm siyasi mərkəzlərin - şimali Hindistan, Benqaliya, Dekan və uzaq cənub (VII-Xıı əsr) sisteminin yaranmasını təmin etdi. [1]
"Racput" - sanskritcə "raca putra" sözbirləşməsindən yaranıb "padşahın oğlu" və ya "racanın oğlu" anlamını verir. [2]
Bu dövrlərdə Hindistanda kahin-brahmanlar kastasının hakimiyyəti güclənirdi və onlar özlərini cəmiyyətdə təsdiqləmək üçün incəsənətdən öz dini təlimlərini daha da genişləndirmək üçün istifadəyə can atdılar. Bunun təsiri ilə Hindistanda məbəd memarlığında güclü dəyişiklik hiss olundu. Racputlar dövründə bir neçə baş və əli olan allahların rəmzi obrazlarına daha tez-tez rast gəlmək olur. Ali allahlar olan Brahma, Vişna, Şiva üçlüyü - Trimurti bu qəbildəndir. Hindlilər öz allahlarının fiqurlarına insani sima verirdi. Bir neçə əlin olması simvolik olaraq ayrı-ayrı funksiyaları yerinə yetirən konkret allahları ifadə edir.