Radde ayıdöşəyi

Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür.  [1]

Radde ayıdöşəyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Radde ayıdöşəyi
Beynəlxalq elmi adı

Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür.[2] 

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Sporların yetişmə dövrü iyul ayına təsadüf edir.

Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.[3][5]. Dekorativ və dərman bitkisidir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).[3][6][7][8]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Meşə qırıntısı və digər bu kimi tədbirlər nəticəsində popukyasiyası azalır.[8]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (yerli əhali tərəfindən təsərrüfat məqsədi ilə istifadə olunması, meşələrin qırılması və azalması) yaşama sahələrinin deqradasiyasına gətirir).

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkının ərazisindəki areallarının vaxtaşırı monitorinqinin aparılması, parkdan kənardaki populyasiyaların nəzarətə götürülməsi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1.  Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. http://redbook.az/?options=project&id=Radde%20ay%C4%B1d%C3%B6%C5%9F%C9%99yi[ölü keçid]
  3. 1 2 3 Флора Азербайджана, 1950
  4. Аскеров А.М., 1983
  5. Аскеров А.М., Бобров А.Е., 1972
  6.  Красная книга Азербайджанской ССР, 1989
  7. Аскеров А.М., 2001
  8. 1 2 Əsgərov A.M., Kərimov V.N., 2013