Radiallahu anhu

RadiAllahu anhu (Ərəbcə: رضي الله عنه‎‎) kişilərə aid edilərək Allah ondan razı olsun deməkdir. Qadına "RadiAllahu anhə", onlardan razı olsun kimi "RadiAllahu anhum" kəlməsi işlədilir. Sünnilər Muhəmməd peyğəmbərin ﷺ səhabələri haqqında danışanda "Allah on(lar)dan razı olsun" deyirlər. Tövbə surəsinin 100-cü ayəsində ilk hicrət edən mühacirlərə enən ayədə "RadiAllahu anh" kəliməsi keçir.

"Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur." (Tovbə surəsi 100)