Bu məqalə Radioaktiv çirklənmə məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir.
Atmosferin ən nəhəng antropogen radioaktiv çirklənməsi 1986-cı ildə aprelin 26-da Çernobıl fəlakəti zamanı baş vermişdi.
Dünya tarixində ən nəhəng sənaye fəlakəti 1986-cı ilin aprelin26-da saat 01.23 dəqiqə 40 saniyədə (Moskva vaxtı ilə) Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) dördüncü blokunda baş verdi. Bu qəza insanlar və təbiət üçün ağır nəticələr verdi. ÇAES Kiyevdən 160 km şimali-şərqdə, əhalinin sıx olduğu yerdə yerləşir. Qəza anında aktiv zonada 205 tona yaxın nüvə yanacağı vardır. 70000C yaxın temperatur qəzaya uğramış reaktoru vulkana çevirdi və ondan xaricə ərimiş lava axdı. Radioaktiv tullantının hündürlüyü 2 km-ə çatdı. Partlayış bütün bloka və onun ətrafına qrafit qırıntıları və narın radioaktiv tozlar səpələdi.
Partlayış nəticəsində ətrafa atılan çirkləndiricilərin tərkibində qısa müddətdə yaşayan radionuklidlər - yod 131 və s. üstünlük təşkil edirdi. Uzun müddət yaşayan radionuklidlərin sezium - 137 üstünlük təşkil edirdi.
Reaktorun ağzından axan radioaktiv kütlə atmosferə 50 tona yaxın nüvə yanacağı tökülməsinə səbəb oldu. Bu radioaktiv maddə 1945-ci ilin avqustunda Xirosimaya atılmış bombanın radiasiya tullantılarından 10 dəfə çoxdur.
V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə. Səlimova, M.M. Abbasov, Ə.İ. Babayev. Ekoloji kimya 2003 s.92