Radika — Makedoniya Respublikasının qərbində çay. Radika Qara Drin çayının sağ qolu olub Srni-Kamen və Çafa-Kadis çaylarının birləşməsi nəticəsində formalaşır. Çayın uzunluğu 52 km-dir. Əgər mənbəni Srni-Kamen hesab etsək, bu zaman çayın ümumi uzunluğu 70 km olacaq.
Radika | |
---|---|
mak. Radika | |
Ölkə | Şimali Makedoniya |
Mənbəyi | Srni Kamen və Çafa-Kadis çayları |
Mənsəbi | Qara Drin |
Uzunluğu | 70 km |
Su hövzəsi | Adriatik dənizi |
Hövzəsinin sahəsi | 665 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Srni-Kamen (Qara daş) öz başlanğıcını Vrasa silsiləsinin şimal yamaclarından, Şar dağlarının cənub ətəklərində yerləşən Vrasa zirvəsindən (2582 m) götürür.
Çay öncə Gora bölgəsindən keçməklə qərbə doğru axır, Vrasunu dolandıqdan sonra kəskin olaraq cənuba dönür və sonda Çafa-Kadis çayı ilə birləşir.
Çafa-Kadis çayı isə Vrasa silsiləsinin cənub ətəklərindən və Manqulova-Kula dağının şimal yamacından formalaşaraq qərbə doğru axır. Niçipur-Planina dağının şimal yamacından keçərək Srni-Kamen ilə birləşir.
Radikanın yuxarı axarı 8 km uzunluğa malikdir. Axım nizamlayıcı işlər nəticəsində çayın bu hissəsi Egey dənizi hövzəsinə aiddir. Çayın aşağı axarı isə Adriatik dənizi hövzəsinə daxildir. Cənuba doğru axan çay Korab və Niçapur-Planina dağları arasndan keçir. Volkoviya kəndi yaxınlığında süni olaraq çayın bifurkasiyasını yaratmışlar və yuxarı Radika süni yataqla Mavrov gölünə tökülür. Burdan isə çay Mavrov hidroenerji sistemi ilə Vardar çayına tökülür.
Çayın aşağı axarının uzunluğu 44 km-dir. Cəbuba doğru axan çay Korab və Deşat dağları arasında uzun və dərin (1 km) dərə yaradır. Çay yatağının bu hissəsi bir çox təbiət və tarixi abidələrlə zəngindir. Ərazidə Vele-Brdo, Rostuşa, Yançe, Prisonisa, Skidrine, Biqorski monastırı, Kasovraşt mineral hamamı və alebastrla zəngin olan Alçiya mağarası diqqəti cəlb edir.
Dərə zonasında çıxdıqdan sonra Radika soldan Kiçik Reka qolunu qəbul edir. Stoqovo dağının şimal yamaclarında keçən Radika cənub-qərbə doğru axır. Dolni-Kosovraştı, Dolni-Melniçan, Qorensi və Rayçisa kəndlərini keşdikdən sonra Radika Qara Drin çayına birləşir. Çayın mənsəbinə yaxın hissədə bənd qurulmuş və Debar gölü yaradılmışdır.
Adriatik dənizi hövzəsinə aid olan Radikanın hövzəsi 665 km²-dir və gəmiçilik üçün yararsızdır. Çayın yuxarı axarları SES tikintisi üçün əlverişlidir. Çay yatağından Oxrid və Poloq bölgələrini birləşdirən avtomobil yolu keçir.