Radio düyməsi

Radio düyməsi (en. Radio button) – qrafik istifadəçi interfeysində: adətən, dialoq boksunun bölümündə parametrlərdən birinin seçilməsi vasitəsi; bu halda siyahıdakı parametrlərdən yalnız birini seçmək olar. Başqa seçim vasitəsi olan yoxlama bokslarında birdəfəyə bir neçə parametri aktivləşdirmək olar. Adi halda kiçik dairəcik şəklində olan radio düyməsini aktivləşdirdikdə dairəciyini içərisində nöqtə əmələ gəlir. Radio düyməsi radioaparatura düymələrinə bənzədiyinə görə belə adlandırılıb: hər hansı düymənin seçilməsi ondan qabaq seçilmiş düyməni "söndürür".

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.