Radiorabitənin prinsipləri

Radiorabitənin prinsipləri — verici antenada yaradılan yüksəktezlikli elektromaqnit rəqsləri ətraf fəzada elektromaqnit dalğaları şəklində yayılır və qəbuledicinin antenasına çataraq orada vericinin işlədiyi tezliyə bərabər tezlikli dəyişən cərəyan yaradır.

Radiotelefon rabitə – elektromaqnit dalğaları vasitəsi ilə nitqin və musiqinin verilməsidir. Modullaşma – verici antena tərəfindən intensiv şüalana bilən yüksəktezlikli rəqslərin bir parametrini (məsələn, amplitudu) alçaq (səs) tezlikli rəqslərə uyğun dəyişdirilməsidir.

Detektəetmə – qəbuledicidə yüksəktezlikli modullaşmış rəqslərdən alçaqtezlikli rəqslərdən ayrılmasıdır və birtərəfli keçiriciliyə malik elementi (detektoru) olan qurğunun köməyi ilə həyata keçirilir.

Sadə radioqəbuledici – antena ilə əlaqələndirilmiş rəqs konturundan, gücləndiricidən, detektor, kondensator və telefondan təşkil olunmuşdur. Köklənmə – qəbuledicinin rəqs konturunun tezliyini vericinin konturuna bərabərləşdirməklə rezonans yaratmaqdır. Belə olduqda antenaya təsir edən minlərlə dalğadan yalnız biri seçilərək güclənir. Konturun rəqs periodu T=2Π(LC)½-dir. Köklənmə adətən dəyişən tutumlu kondensator vasitəsi ilə həyata keçirilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]


Mənbə[redaktə | mənbəni redaktə et]

Myakişev və b. Fizika. XI sinif dərsliyi. Maarif nəşriyyatı. Bakı, 1992.