Rafael Bayramov

Rafael Bayramov (Rafael Vəli oğlu Bayramov; 21 oktyabr 1950, Şuşa, DQMV2 oktyabr 2020, Bakı) — texniki elmlər üzrə fəlsəfə doktoru, dosent.

Rafael Bayramov
Rafael Vəli oğlu Bayramov
Doğum tarixi 21 oktyabr 1950(1950-10-21)
Doğum yeri Şuşa, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 oktyabr 2020(2020-10-02) (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Xərçəng xəstəliyi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Kartoqrafiya
Təhsili Kiyev Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

1950-ci il oktyabrın 21-də Şuşa şəhərində anadan olub. 1958-1968-ci illərdə 1 saylı Şuşa şəhər orta məktəbində oxuyub. 1968-1973-cü illərdə Kiyev Dövlət Universitetinin coğrafiya fakultəsində kartoqrafiya ixtisası üzrə təhsil alıb. 1973-1976-cı illərdə Baş geodeziya və kartoqrafiya idarəsində mühəndis-kartoqraf vəzifəsində çalışıb. 1976-1992-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çağırışı əsasında ordu sıralarında xidmət etmişdir. 1998-ci ildən ordudan təlxis olub əvvəlki iş yerinə BDU-nə qayıtmışdır[1].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Rafael Bayramov 2020-ci ildə vəfat etmişdir.

Təhsili , elmi dərəcə və elmi adları[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Kiyev Dövlət Universitetini bitirib. 1985-ci ildə Moskvada “Neft və qaz yataqları ərazilərində xüsusiləşdirilmiş topoqrafik xəritələrin yaradılma metodikasının işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir[1].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1973-1976-cı illərdə Baş Geodeziya və Katoqrafiya idarəsi, mühəndis kartoqraf
  • 1973-hal-hazıra qədər BDU, coğrafiya fakultəsi, geodeziya və kartoqrafiya kafedrasında calışır.
  • Geodeziya, kartoqrafiya, coğrafi informasiya sistemləri, fotoqrammetriya, xəritələrin layihələndirilməsi və tərtibi və s. fənnləri tədris edir.
  • 150 elmi məqalənin və 4 kitabın müəllifidir[1]

Beynəlxalq seminar, simpoziumda və konfranslarda iştirakı[redaktə | mənbəni redaktə et]

  • 1999-2006,1X-XV Beynəlxalq Elmi- metodik seminarlar, Xarkov şəhəri
  • 2005,beynəlxalq xəritəçilər günləri simpoziumu, İstanbul
  • 2006,akademik H.Ə.Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2008,H.Ə.Əliyevin ans85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2008,M.Ə.Məmmədovun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2013, 2014,2015, Almaniyada, İtaliyada müxtəlif konfranslarda iştirak etmişdir.
  • 2018, 18th IFAC Conference on Technology, Culture and International Stability
  • 2018, Proceedings of International Conference “Understanding the Problems of Inland Waters: Case Study for the Caspian Basin"
  • 2018, Eurasian GIS Congress

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

  1. 2005, CİS –texnologiyasinin tətbiqi ilə kosmik planalma təsvirlərinin şəhər tikinti işlərində istifadə istiqamətləri
  2. 2006,Orta məktəblərdə CİS-lərin yaranması və tətbiqi
  3. 2006,Tədris-çöl CİS mərkəzinin yaradılma layihəsi haqqında.
  4. 2007,İnformasiya təminatı baxımından ərazinin kartoqrafik qiymətləndirilməsi
  5. 2008,Ətraf mühitə səsli-gurultulu çirklənmənin təsirinin öyrənilməsi və onun Xəritələrdə təsviri.
  6. 2008, Xəritələrin layihələndirilməsində müasir rəqəmli texnologiyaların tətbiqi
  7. 2010, Geodeziyanın əsasları və kartoqrafiya
  8. 2010, Исследование распространения микроорганизмов вдоль Абшеронского полуострова Каспия с использованием ГИС-технологий
  9. 2011, Azərbaycanda turizm-rekreasiya məqsədi ilə ərazinin kartoqrafik CİS – təminatı
  10. 2011, Ekologiyada kartoqrafik təsvirlərin təkamülünün mahiyyəti və rolu
  11. 2013, Coastal landscape and environmental planning of the azerbaijan nature protected areas affected by the caspian sea level fluctuation using geographical information systems and remote sensing
  12. 2013, Ətraf mühitin mühafizəsində istifadə edilən xəritələr və onların məzmun elementləri
  13. 2014, GİS in determination of emergent human interfertion areas for reinstatement of vegetation disturbed by construction activities
  14. 2014, Multi-temporal assessment of oil spill frequencies, leak sources and their controlling natural factors and validation of achieved results through the sto­chastic modeling of oil spills in the Caspian Sea us­ing GIS and remote sensing.
  15. 2014, Quantitative Prediction of Soil Erosion Risks along Oil and Gas Pipelines using USLE and MMF Models
  16. 2015, Detection of oil pollution hotspots and leak sources through the quantitative assessment of the persis­tence and temporal repetition of regular oil spills in the Caspian Sea using remote sensing and GIS.
  17. 2015, Multi-temporal assessment of ground cover restora­tion and soil erosion risks along petroleum & gas pipelines in Azerbaijan using GIS and Remote Sensing for publication in Environmental Earth Sciences
  18. 2015, Исследование картографической и атрибутивной информации при ландшафтной оценке территории
  19. 2016, Quantitative assessment of 2014–2015 land-cover changes in Azerbaijan using object-based classification of LANDSAT-8 time series
  20. 2016, Multi-temporal assessment of ground cover restoration and soil erosion risks along petroleum & gas pipelines in Azerbaijan using GIS and Remote Sensing
  21. 2018, Enhanced use of GIS and Remote Sensing for the restoration monitoring of construction footprints and prediction of soil erosion risks along petroleum and gas pipelines
  22. 2018, Role of Satellite Observation and Geospatial Technologies for the Maintenance and Mitigation of Risks to Critical Energy Infrastructure of the Caspian Sea
  23. 2018, Optical and Radar Remote Sensing and Contamination Probability Modelling for the Advanced Quantitative Risk Assessment of Marine Petroleum and Gas Industry
  24. 2018, Modelling of Oil Spills and Coastal Pollution Probability and Validation using Multi-Temporal Remote Sensing Data
  25. 2018, Satellite Observations of Oil Spill and Approximation of Leak Sources from Old Petroleum and Gas Infrastructure in the Caspian Sea

Kitabları[redaktə | mənbəni redaktə et]

  • 1997, Topoqrafiya
  • 2007, Geodeziya və kartoqrafiya
  • 2010, Geodeziyanın əsasları və kartoqrafiya (1-ci nəşri)
  • 2018, Geodeziyanın əsasları və kartoqrafiya (2-ci nəşri)[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Bayramov Rafael Vəli oğlu" (az.). geography.bsu.edu.az. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.