Rafael Qualatsi

Rafael Qualatsi (it. Raphael Gualazzi; 11 noyabr 1981[1], Urbino[d], Marke[1]) — italyan pianoçu və müğənni.

Rafael Qualatsi
Raffaele Gualazzi
Ümumi məlumatlar
Doğum adı Raffaele Gualazzi
Ləqəbi Raphael Gualazzi
Doğum tarixi (43 yaş)
Doğum yeri Urbino, Marke, İtaliya
Vətəndaşlığı İtaliya
Milliyyəti italyan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, pianoçu, cazmen, müğənni-mahnı yazarı, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar soul, caz
Musiqi aləti piano
Albom şirkətləri Sugar Music, Baobab Music
raphaelgualazzi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rafael Qualatsi 11 noyabr 1981-ci ildə İtaliyanın Urbino şəhərində dünyaya gəlib. O,"Anonima Sound" qrupunun qurucularından biri olan Velio Qualatsinin oğludur.

2011-ci ildə Qualatsi "Follia d'amore" mahnısı ilə Sanremo Festivalında debüt edərək, "Gənclər" kateqoriyasının qalibi olur və 2011 Avroviziya Mahnı Müsabiqəsində ta 1997-ci ildən iştirak etməyən İtaliyanın təmsilçisi təyin olunur. 10, 12 və 14 may 2011-ci il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilən bu beynəlxalq tədbirdə ifaçı "Follia d'amore" mahnısının italyan və ingilis versiyası olan "Madness of Love" ilə yalnız Azərbaycan qaliblərindən geri qalaraq 189 balla ikinci yeri qazanır. Müğənni 2013-cü ildə yenidən Sanremo Festivalına qatılır və bu dəfə o müəllifi özü olduğu "Sai (ci basta un sogno)" mahnısını təqdim edir. Finalda mahnı 5-ci yerə layiq görülür. 2014-cü ildə Rafael Sanremo Festivalında "The Bloody Beetroots"la birlikdə "Liberi o no" və "Tanto ci sei" mahnıları ilə iştirak edir. Onlar “Liberi o no” mahnısı ilə finalda ikinci yerə yüksəlirlər. 2020-ci ildə isə dördüncü dəfə Sanremo Festivalında çıxış edərək müğənni "Carioca" mahnısı ilə 11-ci yerdə qərarlaşır.

  • 2005 – Love Outside the Window
  • 2011 – Reality and Fantasy
  • 2013 – Happy Mistake
  • 2016 – Love Life Peace
  • 2020 – Ho un piano
  • 2022 – Bar del sole
  1. 1 2 Deutsche Nationalbibliothek Record #1017098670 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.