Rafiq Qasımov (bioloq)

Rafiq Yunisəli oğlu Qasımov (26 iyun 1931, İrəvan) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1983).[1][2]

Rafiq Qasımov
Rafiq Yunisəli oğlu Qasımov
Doğum tarixi (92 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Fiziologiya İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Tanınır professor, biologiya elmləri doktoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Rafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirən Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ.P.Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.[1][2]

Rafiq Qasımov 1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan Rafiq Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[1][2]

Rafiq Qasımov 1965-1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri olmuş və 1974-cü ildən həmin institutda baş elmi işçidir.[1]

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü[redaktə | mənbəni redaktə et]

  • SSRİ EA-nın Fiziologiya Bölməsinin "Ali sinir fəaliyyətinin və davranışın genetikası" problemi üzrə komissiya sədrinin müavini (1985-1990);
  • İxtioloji Komissiyanın Əlaqələndirmə Şurasının sədr müavini (1974-1990);
  • İxtioloji Komissiyanın Elmi Şurasının üzvü;
  • "Təkamülün biokimyası və fiziologiyası" jurnalının redaksiya heyətinin üzvü (1986-1992);
  • SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü (1988-1989);
  • Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın üzvü (İBRO, 1999-2010);[1]
  • Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın üzvü (1991-1996);[1]
  • Bioloji Ehtiyatlar Komissiyasının üzvü;
  • Böyük Britaniyanın "BP-Azerbaijan" Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert
  • 2010-2014-cü illərdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda Dissertasiya Şurasının üzvü;
  • 2010-cu ildən AMEA-nın Veteranlar Şurasının sədri;[2]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Rafiq Qasımov 1989-cu ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc" medalına layıq görülüb. Həmçinin 1996-cı ildə ekologiya sahəsində xidmətlərinə görə H.Ə.Əliyev adına medalla təltif olunub.[1] 1982-ci ildə isə Leypsiq (ADR) yarmarkasında böyük Qızıl medalla mükafatlandırılıb.[2]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

1. Наследование некоторых свойств высшей нервной деятельности при межвидовой гибридизации.// Изв. АН ССР, ССР. Биол. Наук, 1962, №1, стр. 56-59.

2. Сравнительная характеристика поведения дикой и заводской молоди осетровых в раннем онтогенезе. Монография, Изд-во «Эльм», Баку 1980, 180 стр.

3. Эколого-физиологические особенности развития ценных промысловых рыб Азербайджана. Монография., Изд-во «Эльм», Баку, 1987, 132 с.

4. Влияние нефти и нефтепродуктов на осетровых и других видов рыб. «Осетровые СССР и их воспроизводство». Труди УННОРХ, Москва, 1971, Т.3, с. 191-195[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 "Qasımov Rafiq Yunisəli oğlu" (Azərbaycan). science.gov.az. 20-9-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 "Rafiq Qasımov" (Azərbaycan). nkpi.az. 20-9-2021 tarixində arxivləşdirilib.