Rahib Qərib

Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor.

Rahib Qərib
Qəribov Rahib Mirzəkərim oğlu
Doğum tarixi 3 may 1967(1967-05-03) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Azərbaycanın hərbdən məlumatlı jurnalisti kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra ANS-də "Marş" hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısıdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Rahib Qərib ailəlidir. Üç övladı var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 4062-ci metr (film, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]