Ginzburq Rahilə Solomonovna (1 iyun 1920, Bakı – 6 dekabr 1995, Bakı) – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964) [1]
Rahilə Ginzburq | |
---|---|
Rahilə Solomon qızı Ginzburq | |
Digər adı |
Rəhil Ginzburq Raxil Ginzburq |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | Aktrisa |
Mükafatları |
Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur.
Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.