Rahim Məmmədov (tam adı: Rahim Vəliağa oğlu Məmmədov; 16 aprel 1969, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 26 yanvar 1990, Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Rahim Məmmədov | |
---|---|
Rahim Vəliağa oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Lənkəran Şəhidlər qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Vəliağa |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
1969-cu il aprelin 16-da[2] Lənkəranda anadan olmuşdur. 34 nömrəli texniki peşə məktəbini bitirmişdir. "Arzu" kooperativində fəhlə işləyirdi.
Subay idi.[3]
Yanvarın 26-da Lənkəranın Haftoni meşəsində hərbçilər tərəfindən keçirilmiş əməliyyatda həlak olmuşdur.[4] Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur. Əsgərlər meyidi tankların yanına sürüyə-sürüyə gətirmişlər.
Yanvarın 27-də Lənkərandakı Şəhidlər qəbiristanlığında dəfn edilib.
Lənkəran şəhəri, Şvernik küçəsi, ev 37